image-qanunla-reklam
image-1614971311-pensiya

3 300-dən çox pensiyaçının pensiyaları yenidən hesablanaraq artırılıb

image-lady-day-az

Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 3 344 pensiyaçının pensiyalarını yenidən hesablayaraq artırıb.

Bu barədə Qanunla.az-a nazirlikdən məlumat verilib.

Həmin vətəndaşların pensiyalarına edilmiş bu artımlar üçün illik əlavə 4 milyon 662 min manat ayrılıb.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasına əlavə olunur.

Məqsəd işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunması, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin sosial sığorta sistemində aktiv iştirakının stimullaşdırılmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki