image-qanunla-reklam
image-404686dd-2513-3331-a2f3-376d8225d8ea_850

2023-cü ildə laçınlılar Laçına qayıdır

image-lady-day-az

2023-cü ildə laçınlılar Laçına qayıdır

“İşğaldan azad olunmuş ərazilərimizdə yeni həyat başlayıb. Tarixi Zəfərimizdən dərhal sonra dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu  torpaqlarımıza davamlı səfərləri tarixi hadisə kimi dəyərləndirilərək Böyük Qayıdışın tam şəkildə yaxınlaşmasından xəbər verir. Dövlət başçısı İlham Əliyev 31 dekabr 2022-ci il tarixli Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu çağırışı etmişdir ki, avqustun 26-da – nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır: “Əminəm ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.”

Ötən ilin hədəfi “ağıllı kənd” layihəsi çərçivəsində ilk bərpa olunan Ağalı kəndində həyata keçirilən işlərin başa çatdırılması və sakinlərin dogma yurd-yuvalarına qayıtması idi. Bu hədəfə lazımı vaxtda və yüksək səviyyədə nail olundu. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərlə bağlı növbəti hədəf isə Şərqi Zəngəzurun hava qapısının dünyaya açılması idi. Beləliklə ötən il Zəngilan Beynəlxalq Hava Limanı tkilib istifadəyə verildi. Göründüyü kimi, Azərbaycanın daxili imkanları hesabına aparılan bərpa-quruculuq işləri davamlıdır, hədəflərə yüksək səviyyədə nail olunur. Bu ilin hədəfi laçınlıların Laçına qayıtmasıdır.  Azərbaycan xalqı qurucu xalq, bu torpaqların sahibi olduğunu bir daha dünyaya nümayiş etdirir.”

Dövlət başçısı cənab İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bir əminliyi ifadə etdi ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.

Laçın rayonunda tarixi Zəfərimizdən bu günədək görülən işlərin xronologiyasına diqqət yetirmək kifayətdir: “Laçın şəhərində işlər ötən ilin avqustin 26-dan sonra başlayıb. Ötən ilin sentyabrında dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. O da məlumdur ki, Laçın rayonu hərbi-siyasi yolla işğaldan azad edilib. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Laçın rayonu 1 dekabr tarixində boşaldıldı. Ondan sonra rayonun bərpa-quruculuq dövrü başlandı. Dövlət başçısı İlham Əliyev qısa dövrdə görülən genişmiqyaslı işlərdən geniş bəhs edərək bildirdi ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir: “Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Dövlət başçısı İlham Əliyev Prezidentin Laçın rayonunda təyin edilən xüsusi nümayəndəsinin qarşısında dayanan vəzifələri diqqətə çatdırdı

Cənab İlham Əliyevin Laçın şəhərində görülən işlərin, eyni zamanda, Laçının füsunkar təbiətinin mövcudluğu fonunda qeyd etdiyi kimi, Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, eyni zamanda, bir cənnət məkan olacaqdır: “İki ildən artıq dövrdə bu torpaqlarda aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bütün bu işlər ölkəmizin daxili imkanları əsasında həyata keçirilir. Bircə faktı qeyd etmək lazımdır ki, Azərbaycan qısa zamanda həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının ardınca 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində Şərqi Zəngəzurun növbəti hava qapısı dünyaya açılacaq. Belə ki, Laçın Beynəlxalq Hava Limanı qeyd edilən vaxtda istifadəyə veriləcək.”

Ətraf mühitin qorunması əsas hədəflər sırasındadır. “Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır. Öz dədə-baba torpaqlarına qayıdacaq bütün keçmiş köçkünlərin bu amalla yaşayacaqlarına əminik. Dövlət orqanları onlara kömək etməlidir. Nəzarət etməlidir ki, hər şey qayda-qanunla həll olunsun, tənzimlənsin.

Uğurların təməlində düşünülmüş siyasətin, idarəçilik sisteminin zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi dayanır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Laçın – əsrarəngiz gözəlliyə və zəngin təbii sərvətlərə malik diyar

Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən  Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da strateji əhəmiyyətə malik Laçın rayonu 28 ildən sonra nəhayət öz gərçək sahiblərinə qaytarıldı. Üstəlik də bir güllə atmadan, bir itki vermədən. Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də yerinə yetirilmiş oldu və tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı. Ölkə başçısının da dediyi kimi “Dağlıq Qarabağ münaqişəsi” termini artıq arxada qalıb. Bundan sonra bu termindən sadəcə tarix haqqında danışanda istifadə etmək olar.

Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 01 dekabr tarixində xalqa müraciət etdi. Çıxışı zamanı dövlətimizin başçısı Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğuladı və bu münasibətlə bütün Azərbaycan xalqını və o cümlədən laçınlıları təbrik etdi.  Ölkə başçısı bildirdi ki, Laçın Azərbaycanın ən böyük rayonlarından biridir və Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. Laçın rayonunun təbii sərvətləri- meşə massivi və çay mənbələri haqqında da geniş məlumat verən ölkə başçısı bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialının, kənd təsərrüfatının, turizm potensialının çox böyük olduğunu vurğuladı.

Qeyd edək ki, Laçının əhəmiyyəti sadəcə onun təbii sərvətləri ilə bağlı deyil. Laçının əhəmiyyəti bilavasitə ermənilərin “nəfəs borusu” adlandırdıqları və şəhərin içindən keçən Laçın dəhlizi ilə bağlıdır. Bu dəhliz Ermənistanla Qarabağın dağlıq hissəsini birləşdirən yeganə təchizat və təminat yoludur. Qeyd edək ki, danışıqlar prosesində də Laçın dəhlizi və Laçın şəhəri hər zaman xüsusi əhəmiyyətə malik mövzu olmuşdur. Belə ki, ölkə başçısı xalqa müraciətində bu mövzuya toxunmuş və indiyə qədər cəmiyyətə məlum olmayan bəzi faktları açıqlamışdır. Ölkə başçısı bildirmişdir ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, hətta, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanım həcmi daha böyük idi. Danışıqlar prosesi ilə bağlı o da vurğulandı ki, Ermənistan tərəfinin mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalı, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır. Yəni, Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilmədən. Ancaq Azərbaycan Respublikasının Prezidenti bununla heç vaxt razılaşmayıb. Ümumiyyətlə, 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələrdə, eləcə də danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızın müdafiəsi bizim tam qələbəmizi şərtləndirən ən əsas amillərdən biri olmuşdur.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ermənilər Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edərkən dünya ölkələrinin gözləri qarşısında meşələri qırıb taladılar

Noyabrın 10-da imzalanmış Bəyanat hazırda tam şəkildə icra edilir: Atəşkəs təmin edilib, rayonlar Azərbaycana qaytarılıb. Və gələcəkdə BMT-nin nəzarəti altında məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

Ali Baş Komandanın çıxışı zamanı qeyd etdiyi məsələlərdən bir digəri də, bölgəmizdə Azərbaycanın bilavasitə iştirakı və diktəsi ilə yaranan yeni reallıqla bağlı olmuşdur. Ölkə başçısı vurğulamışdır ki, Azərbaycan yeni reallıq yaratdı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının 27 ildir ki, kağız üzərində qalan qətnamələrini yerinə yetirdik. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Hər zaman qeyd etdiyimiz bu reallığı bir daha vurğulamaq istərdik ki, Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində  beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırdı. Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix və hüquq dərsi keçdi.

Ölkə başçısının nitqində toxunduğu məsələlərdən biri də Fransa Senatının Qondarma “Dağlıq Qarabağ Respublikası”nı Fransa hökumətinin tanıması ilə bağlı məsləhət xarakterli qətnamə qəbul etməsi ilə bağlı oldu. Ölkə başçısının bununla bağlı mövqeyi kifayət qədər açıq və sərt oldu. Cənab İlham Əliyev açıq şəkildə bildirdi ki, əgər Fransanın ermənilərdən xoşu gəlirsə, Marsel şəhərini onlara versin və  onlara orada ikinci dövlət yaratsın. Amma bizim işimizə heç kim qarışa bilməz. Beləliklə, əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə, hansı ədalətə sığır?

Çıxışının sonunda dövlətimizin başçısı vurğuladı ki, bizim ölkəmiz üçün yeni dövr başlayır: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

Ermənilər Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edərkən dünya ölkələrinin gözləri qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar, ekoloji faciə və fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerlə-yeksan etdilər. Heç bir insanlığa sığmayan bu vəhşi hərəkətləri azmış kimi, apara bilmədikləri ev heyvanlarını qəddarcasına öldürdülər, kommunikasiya xətlərini isə tam yararsız hala saldılar. Onlar təsəvvür edilməsi və dilə gətirilməsi insanlarda vahiməyə səbəb olan bu ləyaqətsiz və yaramaz hərəkətləri ilə əsl simalarını tam çılpaqlığı ilə açıq-aydın göstərdilər. Şübhəsiz ki, onlar törətdikləri hər bir əmələ görə cavab verməli olacaqlar. Onların cəzası beynəlxalq müstəvilərdə, beynəlxalq hüquq tərəfindən veriləcək.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Yeni idarəetmə üsulunun tətbiqi işin səmərəliliyini artırır

İki ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqları fonunda ölkəmizin həyatında biri-birindən əhəmiyyətli hadisələr yaşanır. Təbii ki, bu, bir tərəfdən yeni reallıqların dünya gücləri tərəfindən qəbul edilərək, Azərbaycanın Ermənistana etdiyi sülh təklifinə dəstəklə, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlıdır. Sahibinə qovuşan torpaqlarımızda yeni idarəetmə üsulu tətbiq edilir. Martın 28-də Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək belə bir çağırışı səsləndirdi ki, gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: “Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.

İşğaldan azad edilmiş ərazilərimiz bərpa-quruculuq işlərinə başlanan andan dünyanın diqqətindədir: “Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan hər bir yeniliyin bu ərazilərin bərpasında öz əksini tapmasına səy göstərir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra edilir. Bu torpaqlarda təkmil infrastruktur layihələri həyata keçirilir ki, bu, hər bir bölgənin iqtisadi inkişafında vacib amildir. Dövlət başçısı İlham Əliyev Laçın rayonunun malik olduğu potensialdan, rayonda həyata keçirilən infrastruktur layihələrindən, kənd, qəsəbə yollarının bərpasından geniş bəhs etdi. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının tikintisi planlaşdırıldı ki, bunlardan biri Laçın rayonu ərazisindədir. Artıq 2021-ci ildə Füzuli, ötən il isə Zəngilan Beynəlxalq Hava limanları tikilib istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istismara veriləcəyini bildirdi. Ümumilikdə Laçın rayonunda bərpa işlərinə tarixi Zəfərimizdən, Laçın şəhərində isə ötən ilin 26 avqust tarixindən  başlanılıb. 2022-ci ilin uğurlu hadisələrindən bəhs edərkən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 26 avqust tarixində rəsmi “Twitter” səhifəsində Laçınla bağlı paylaşımını qeyd etməliyik. Paylaşımda deyilirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Malik Həsənov onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə üsulunun tətbiqi işin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır: “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırılmalıdır. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.”

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Böyük Qayıdışın tam şəkildə  reallığa çevriləcəyi  gün uzaqda deyil

Dövlət başçısı İlham Əliyev Prezidentin Laçın rayonunda yeni təyin olunmuş xüsusi nümayəndəsinin qarşısında dayanan vəzifələri də açıqladı. Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin.

Dövlət başçısı İlham Əliyevin istər sözügedən qəbulda, istərsə də martın 18-də Tərtər rayonunun Talış kəndinə səfəri zamanı Azərbaycan xalqına müraciətində Ermənistana ona havadarlıq edən dövlətlərə mesajlar Verdi. Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik.

Azərbaycan yeni reallıqların müəllifi olaraq onlardan irəli gələn hər bir vəzifəni ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirir. Böyük Qayıdışın tam şəkildə  reallığa çevriləcəyi  gün uzaqda deyil.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir

Hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Məlumat üçün bildirək ki, sadəcə Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, ərazisi 1800 kvadratkilometrdir. Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfaının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Rayonun ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər. Eyni zamanda ərazinin mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddur. Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan 7 yataq Kəlbəcər rayonunun və 4,300 min m3/gün həcminə malik olan 1 yataq Laçın rayonunun ərazisində yerləşir. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır. Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Laçının işğaldan azad edilməsi möhtəşəm və parlaq tarixi hadisədir

01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.
Laçın 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi.
Azərbaycan tərəfinə bu illər ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.
Ölkə başçısı nitqində indiyə qədər heç vaxt cəmiyyətə açıqlanmayan bir məqamı dilə gətirdi. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanım həcmi daha böyük idi. ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Bütün hallarda Azərbaycanın mövqeyi bir idi: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Və belə də oldu. Ölkə başçısı vurğuladı ki, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Laçının azad edilməsi tarixi əhəmiyyət kəsb edir

Rəşadətli Azərbaycan Ordusu Laçın rayonunu işğaldan azad edib. Bu tarixi qələbə münasibətilə möhtərəm Prezidentimiz İlham Əliyev xalqa müraciət edib. Bu, olduqca parlaq və dərin məzmunlu bir çıxışdır. Mən onu televiziyadan sonsuz maraqla izlədim. Dövlətimizin başçısı xalqımızı möhtəşəm qələbə münasibətilə təbrik edərək demişdir:

“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Erməni vandalları işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Laçın rayonundakı bütün binaları, bağçaları, məktəb və xəstəxanaları dağıdıblar. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq şübhə yoxdur ki, Azərbaycan dövləti bütün rayonları, eləcə də gözəl və füsunkar Laçını tamamilə bərpa edərək, orada vətəndaşlarımızın normal həyatı üçün şərait yardacaq.

Prezident İlham Əliyev fəxrlə qeyd etmişdir ki, bu istiqamətdə ilk layihələr artıq icra edilməyə başlanılmışdır. Bu məqsədlə Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə- Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır.

Bəli, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.

ikinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu gücünü bir daha nümayiş etdirdi. Düşmən yenildi. Məğrur Laçınımız itkisiz işğaldan azad edildi. Xalqımız bu günlərdə Qələbə sevincini yaşayır. Biz tariximizin ən şanlı, şərəfli günlərini yaşayırıq. Bu, böyük xoşbəxtlikdir.

30 ilə yaxın idi ki, biz doğma torpaq nisgili ilə qovrulurduq. Nəhayət, bu nisgilə son qoyuldu. Azərbaycan öz tarixi ərazilərini özünə qaytardı, ərazi bütövlüyünü təmin etdi. Fəxrlə demək lazımdır ki, qazanılan böyük qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Laçının azad olunması ilə biz bütövləşdik

2020-ci il dekabrın 1-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqa müraciət edərək Laçının azad olunması müjdəsini verdi. 28 illik işğala son qoyuldu.  Beləliklə, Azərbacan Ordusu uzun illərdən sonra Laçına daxil oldu. Təbii ki,  Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.  Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.

Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl  Ağdam və Kəlbəcəri azad etdi, ardınca Laçın rayonunu nəzarəti altına keçirtdi.  Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi.

Həmsədr dövlətlərin iştirakı ilə aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi barədə söhbət getsə də orada mövqe birtərəfli idi. Düşmənin havadarları bu həqiqəti üzdə qəbul edir, əslində isə ermənipərəst mövqe tuturdular. Təbii ki, Azərbaycan heç bir zaman işğalla barışmayıb, işğal edilmiş ərazilərinin azad edilməsi üçün  çalışırdı.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan Laçın rayonunun  ümumi sahəsi 1835 kvadrat kilometrdir. Laçın şəhəri əvvəllər Abdallar adlandırılmış 1924-cü ildən isə şəhər statusu alıb. 1930-cu ildən isə Laçın şəhəri rayonun mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü “məğrurluq” mənasındadır. Laçın rayonunun yerli əhalisi son statistikaya görə 80 mindən çoxdur, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. Cənab Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, “Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olacaqdır. Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.”

 Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki