image-qanunla-reklam
image-274316002_2199739593516942_8289976656380150015_n

Zərdabda Vətən müharibəsi şəhidi baş leytenant Ağaqardaş Abbasovun övladının ad günü qeyd olunub-FOTOLAR

image-lady-day-az

Qanunla.Az xəbər verir ki,Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı. Bu, o Vətən müharibəsi oldu ki, Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi ilə nəticələndi. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.
Şəhid baş leytenant Ağaqardaş İlham oğlu Abbasov da 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır.
Bu gün igid Vətən oğlunun övladı İlknurun 1 yaşı tamam olur.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Vətən müharibəsinin şəhidi Ağaqardaş Abbasovunda  övladının doğum gününü də unutmadı. Bu gün 1 yaşını qeyd edən İlknur balamızı tək qoymadı, öz ənənəsinə sadiq qalaraq şəhid övladının ad gününü təbrik etdi.
Rayon rəhbərliyinin tapşırığına əsasən  RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov,RIH-nin məsul şəxsi Xəyalə Niftəliyeva,YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov,SHXÇDX-nin Zərdab rayon bölməsinin rəisi Ramin Əhmədov, Uşaq və Ailələrə dəstək mərkəzinin müdiri Ləman Səfərəliyeva ,Gənclər və idman idarəsinin əməkdaşları, orta məktəb şagirdləri,kənd sakinləri iştirak ediblər.

Zərdab rayon Hüseynxanlı  kəndində şəhidimizin evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər. Şəhidimizin ilk övladı olan İlknur balamıza hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Şəhidin ailəsi şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

 

Qanunla.Az  Vüqar Rəhimov 

image-274267084_2199731786851056_3066152744392946465_nimage-274286216_2199739723516929_6582783922251231368_nimage-274287015_2199732233517678_2530131943316251578_nimage-274291726_2199823033508598_5226956081219245694_nimage-274313963_2199739700183598_565566847333560490_nimage-274316002_2199739593516942_8289976656380150015_nimage-274322910_2199739560183612_7185997116473644138_nimage-274379817_2199732296851005_6107526797679315294_nimage-274385712_2199823076841927_921680080858473636_nimage-274306673_2199732193517682_2917606903097194940_nimage-274504574_2199732370184331_4171588482230403407_nimage-274127270_2199732503517651_4612662064285864538_nimage-274299032_2199732743517627_5591715567111804089_nimage-274340220_2199732403517661_3406956816673858913_nimage-274362192_2199732810184287_3392666315014256499_nimage-274275887_2199743656849869_3061298774276789504_n

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki