image-qanunla-reklam
image-75832dc8-ba26-3447-965f-837b686a35f8_850

Zelenski Ərdoğana və BMT baş katibinə təşəkkür edib

image-lady-day-az

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin baş katibi Antoniu Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin dəstəyi ilə yaradılan Qara dəniz taxıl təşəbbüsünə verdikləri təşəbbüsə görə təşəkkür edib.

Bu barədə Qanunla.Az Türkiyə mətbuatına istinadən xəbər verir.

Zelenski qeyd edib ki, taxıl təşəbbüsü sayəsində Ukrayna limanlarından 15 milyon tondan çox taxıl məhsulları ixrac edilib.

Dövlət başçısı kənd təsərrüfatı məhsullarının ehtiyacı olan ölkələrə çatdırılması üçün “Ukraynadan taxıl” təşəbbüsü də başladıqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə ilə birlikdə 30-a yaxın ölkə bu təşəbbüsü dəstəkləyir.

Rusiya ordusunun Ukraynada hərbi cinayətlər törətdiyini deyən Zelenski, təqsiri olan hər kəsin mühakimə olunması üçün beynəlxalq məhkəmə sisteminin yaradılmasının vacibliyini müdafiə edib və bu istiqamətdə lazımi işlərə başladıqlarını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki