image-qanunla-reklam
image-c58b8516-93b9-350d-b1dc-a716c7b56192

“Zəfər yolu” cəmi iki ilə yaxındır ki çəkilib

image-lady-day-az

“Zəfər yolu” cəmi iki ilə yaxındır ki çəkilib

44 günlük Vətən mühəribəsində digər işğal altında olan ərazilərmiz kimi Şuşa şəhəri də azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməsin nəticəsidir ki, şəhərdə yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir. Bundan əlavə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin noyabrın 7-də Füzuli rayonundan Şuşaya çəkilən Zəfər yolunun açılışında iştirak ediblər.
Zəfərmizdən ötən müddət ərzində Şuşa şəhəri bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib. Son iki il ərzində Prezident İlham cənab Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Ötən ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa uzun həsrətdən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki