image-qanunla-reklam
image-15445-6178387060

Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur

image-lady-day-az

Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bütün bu müddət ərzində gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır. O gündən bu günə qədər bir nəsil, həmçinin Azərbaycan dəyişdi. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Azərbaycan gəncləri Vətənə, torpağa, milli-mənəvi dəyərlərə sadiq gənclərdir. Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq.

Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə xaricdə müxtəlif fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan çirkin əməlləri üçün vasitə kimi istifadə etsinlər. Lakin bu cür fikirdə olan dairələrin məkrli planları Azərbaycan gəncləri tərəfindən birmənalı olaraq rədd edilir. Biz bütün bunların Vətən müharibəsi günlərində canlı şahidi olduq. Azərbaycan gəncliyi Dəmir Yumruğun tərkib hissəsi olaraq öz sözünü dedi. Bir sözlə, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Prezident Cənab İlham Əliyevin prezidentliyi dövründə elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı və o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid oldular, qazi oldular və şanlı Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə olacaqdı. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Məhz gənclərimizin vətənpərvərliyi, cəsurluğu sayəsində mədəniyyət incimiz olan Şuşa azad edildi. Aparılan bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanırdı. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki