image-qanunla-reklam
image-ulu-c3b6ndc999r-haydar-aliyev

Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

image-lady-day-az

Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

Konstitusiyanın qəbulu müstəqillik tariximizin mühüm hadisələlərindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək üçün xalqın böyük təkidi ilə hakimiyyətə dəvət edilən Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi, böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlarla yanaşı, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
İstər əsrin əvvəllərində cümhuriyyət dönəmində, istərsə də müstəqilliyimizin ilk dövrlərində dövlətçiliyimizin hüquqi əsaslarını yaratmaq mümkün olmamışdır. Ölkədə yaşanan xaos, siyasi pərakəndəlik bu kimi mühüm addımların atılmasını əngəlləmişdir.
1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi və təşkilatçılığı ilə Konstitusiya komissiyası formalaşdırıldı. 12 noyabrda ümumxalq səsverməsinə çıxarılan qanun layihəsi səs çoxluğu ilə qəbul edilərək noyabrın 27-də hüquqi qüvvəyə mindi.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sistemlərini özündə birləşdirən, dövlət idarəçiliyində hüquqi baza rolunu oynayan mühüm tarixi sənəddir.
Bütün həyatını xalqına, dövlətinə həsr edən nəhəng siyasətçi Ümummilli Lider Heydər Əliyev qısa müddətdə ona göstərilən etimadları layiqincə doğrultdu və dövlətimizin hüquqi, siyasi-iqtisadi müstəqilliyinin təmin olunması prosesi sürətləndi, ictimai-siyasi sabitlik bərpa olundu, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı, demokratik inkişafa yol açan önəmli qərarlar, qanunlar qəbul edildi.

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki