image-qanunla-reklam
image-zelenski-izyum

Ukrayna bu istiqamətdə irəliləyir: ağır döyüşlər gedir

image-lady-day-az

Ukrayna ordusu şərq və cənub istiqamətlərində hərəkətə davam edir.

Qanunla.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Son sutkada hərbçilərimiz, Ukrayna Təhlükəsizlik Xidməti, Milli Qvardiya və müharibədə iştirak edən hamı – şərq və cənub istiqamətində hücuma davam edib.

Biz Donbasda mövqeləri qoruyuruq, xüsusilə Baxmut istiqamətində. Baxmut istiqamətində olduqca ağır, olduqca sərt döyüşlər gedir”, – Zelenski bildirib.

Qeyd edək ki, Ukrayna ordusunun briqada generalı Aleksey Qromov 21 sentyabrdan indiyə qədər Ukrayna ordusunun Xarkov vilayətində 55 km irəlilədiyini deyib..

7 oktyabra qədər isə Xerson vilayətində 2,4 min kv.km ərazi azad edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki