image-qanunla-reklam
image-resmi

Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur

image-lady-day-az

Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur

 “2020-ci il noyabrın 10-da  imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 27 sentyabr 2020-ci il tarixdə Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı.

Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. “Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Bütünlüklə Azərbaycanın maraqlarına cavab verən Üçtərəfli Bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu sənəd böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı özünün kapitulyasiya aktı olan bu sənədi imzalamağa məcbur etdi.

10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması oldu. Üçtərəfli Bəyanatın imzalanması ilə bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təntənəsinin şahidi oldu. Həmrəylik Azərbaycan xalqının ən böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri rəşadət nümayiş etdirərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bütün bunlarla yanaşı, Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması ilə bağlı oldu. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Üçtərəfli Bəyanat status-kvonu tam olaraq Azərbaycanın xeyrinə dəyişdi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.

Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu: “Məlum olduğu kimi, Üçtərəfli Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Lakin Azərbaycan üçün ən vacib olan məqamlardan biri təbii ki, Üçtərəfli Bəyanatda Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasının təsdiq olunmasıdır. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Sözsüz ki, bütün regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

Nailə Əliyeva Zərdab- Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsini rəsmiləşdirməklə yanaşı, ümumxalq birliyinin də təntənəsinə çevrilib

Üç il öncə noyabr ayının 10-da imzalanmış Bəyanat Azərbaycanın Qələbəsini, Ermənistanın hərbi kapitulyasiyasını rəsmiləşdirən sənəd idi. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu və münaqişənin hərbi mərhələsini başa çatdırdı, eləcə də Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.

Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsini rəsmiləşdirməklə yanaşı, ümumxalq birliyinin də təntənəsinə çevrilib: “44 gün ərzində ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşadı, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izlədi, uğurlara sevindi, küçələrə axışdı. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bununla da, bütün dünya Azərbaycan xalqının birliyini gördü. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaq.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Vətən müharibəsi Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb və artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bununla da erməni miflərinə son qoyuldu, “böyük Ermənistan” planı fiaskoya uğradı. Qələbə həm də azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Bu, belə də oldu.

Gülnaz Məmmədova – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlar ölkəmizin təqdim etdiyi 5 baza prinsipi əsasında aparılıb

Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlar formatından və yerindən asılı olmayaraq, ölkəmizin təqdim etdiyi 5 baza prinsipi əsasında aparılır. Qarşı tərəfə təqdim etdiyimiz 5 baza prinsipi beynəlxalq normalara, BMT Nizamnaməsinə uyğundur və danışıqlar masasında oturan heç bir tərəf bu prinsiplərin əksini Azərbaycandan tələb edə bilməz. Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüş də Azərbaycanın regionda davamlı sülh yaratmaq təklifi üzərində qurulub. Müzakirə olunaraq razılaşdırılan məsələlər ondan əvvəl qəbul edilən bəyanatların icrasının sürətlənməsinə töhfə verəcək. Beləliklə, Soçi görüşündə 3 məsələ razılaşdırılıb.

Birincisi, BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi və ilin sonuna qədər konkret nəticələrə imza atmaqla bağlıdır. Təbii ki, ölkəmiz delimitasiya və demarkasiya prosesinin tezləşdirilməsinin tərəfdarıdır. Çünki sərhədlərin delimitasiyası və demarkasiyası bir çox mübahisəli məsələlərin həllində Ermənistanla sülh müqaviləsinin imzalanmasına yol açacaq.

İkinci razılaşma humanitar məsələlərlə bağlıdır. Bundan əlavə, iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin davam etdirilməsi də müsbət ab-hava formalaşmasına yardım edə bilər. Əgər sülh müqaviləsinin bağlanmasından və gələcəkdə qonşuluq münasibətlərinin formalaşdırılmasından danışırıqsa, əlbəttə ki, bu gün biz ölkələrimiz arasında 30 illik düşmənçiliyi sonlandırıb yeni səhifədən başlamalıyıq. Açılacaq yeni səhifə xalqlar arasında etimad mühitinin yaranmasına və birgə yaşayışa söykənməlidir.

“Üçüncü məsələ kommunikasiyaların açılmasıdır. Hesab edirəm ki, Ermənistan, ilk növbədə, 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın tərkib hissəsi olan Qərbi Zəngəzurdan azərbaycanlıların maneəsiz keçidini təmin etməli, sonrakı mərhələdə isə ölkələrimiz arası bütün kommunikasiyalar açılmalıdır. Açılacaq digər kommunikasiyalar Azərbaycan və Ermənistanın suveren hüquqlarına əsasən müəyyən edilməli, yəni, Zəngəzur dəhlizinin digər açılacaq kommunikasiyalardan fərqli statusu olmalıdır. Belə ki, bu status Naxçıvana maneəsiz keçidlə bağlıdır.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Üçtərəfli Bəyanat Azərbaycanın bir sıra növbəti siyasi-diplomatik uğurları üçün möhkəm zəmin yaratdı

Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifin puç olduğunu bütün dünyaya göstərdi, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. II Qarabağ savaşının gedişində dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri həmrəylik nümayiş etdirərək, Vətən bildikləri torpaq uğrunda cəsarətlə düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu. İlk növbədə reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşəcək. Bu tarixi hadisəni reallaşdırmaqla Azərbaycan regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı özünün tarixi missiyasının bir hissəsini icra etmiş olacaq.

Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olmaqla irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək.

10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu. Və əlbəttə ki, Bəyanatın ölkəmizə verdiyi ən böyük üstünlüklərdən biri də sonrakı illərdə imzalanmış digər bəyanat və razılaşmalarda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktının təsbit olunmasıdır. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

10 noyabr Bəyanatı Azərbaycanın hərbi və diplomatik qələbəsidir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini Tarixi Qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim öz müjdələri ilə sevindirən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənədidir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

Əldə olunan razılaşma sənədi ümumilikdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə tam uyğundur. Bu razılaşma Azərbaycanın tam və birmənalı qələbəsidir. İşğalçı düşmənin silahlı birləşmələri işğal altında qalan ərazilərimizi tərk edəcək və həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına tam uyğundur. İşğal olunmuş bütün ərazilər Azərbaycanın nəzarətinə keçir və bu ərazilərdə ancaq Azərbaycan qanunları işləyəcək.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının
iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaqdır. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkə biləcək.

İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni 2 nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya
uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.

Abdulbağı Fazilli – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

 

 

Bizim Zəfərimiz həm də Ermənistanın “Böyük Ermənistan” planının məğlubiyyətə uğratdı

10 noyabr 2020-ci il  Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin arasında “Üçtərəfli bəyanat” imzalanmışdır.

10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası olmaqla bərabər, uzun illər davam edən işğala son qoydu.Bəyanatın imzalanması münaqişənin hərbi mərhələsinin  başa çatması ilə nəticələndi və Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Ən əsası isə 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

Ölkəmizin bütün bölgələrində uşaqdan böyüyə hər kəs böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib,  və  qazandığımız bütün uğurlarımıza seviniblər. Həmrəylik bizim ən böyük sərvətimiz olmaqla yanaşı həm də  dəyərimizdir.

Ali Baş Komandan İlham Əliyevin israrlı və düşünülmüş mövqeyinin  nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan çıxmaq və çıxış qrafikini bizə  təqdim etməyə məcbur olmuşdur. Qarabağa  artıq heç bir status verilmir və “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi daha yoxdur. Qarabağın  da bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın ayrılmaz hissəsidir.
Güclü ordumuzun döyüş meydanında qazandığı bu qələbələr siyasi arenada da qələbənin qazanılmasını təmin etdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyi nəticəni əldə edə bildi.

Həmçinin Bəyanatın  Azərbaycanın Ermənistan üzərində  hərbi üstünlüyünü təsdiq etməsi də danılmazdır. Azərbaycanın  apardığı hərbi əməliyyatlar,  əldə etdiyi qələbə və həm texniki imkanlar,  operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra olunması  baxımından  bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır.

44 günlük müharibə ərzində  qardaş ölkə  Türkiyənin  açıq dəstəyi bir çoxlarının müdaxilə cəhdlərini alt-üst etməyi bacardı. Türkiyədən gələn  bütün dəstək və həmrəylik nümayişi xalqımızı Qələbəyə  bir az da ruhlandırdı. Buna görə də, 2021-ci il 15 iyunda  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki qardaş ölkə  arasında əlaqələri ən yüksək zirvəyə çatdırdı.

Bu  Bəyanatda Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını nəzərdə tutan məsələyə də toxunulmuşdur. İmzalanmış Bəyanata görə reallaşacaq kommunikasiya layihələri ilə  Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisəyə çevriləcəkdir.

Bizim Zəfərimiz həm də Ermənistanın “Böyük Ermənistan” planının məğlubiyyətə uğratdı. Belə ki, “Dağlıq Qarabağ”ın statusu məsələsi arxivə getdi və “Dağlıq Qarabağ”da yeni bir  erməni dövlətinin yaradılması  ilə bağlı planlar tamamilə pozuldu.Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoymağı bacardı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşmış mifi 44 günə dağıdaraq bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur  edə bildi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyi bacardı.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı

Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifin puç olduğunu bütün dünyaya göstərdi, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. II Qarabağ savaşının gedişində dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri həmrəylik nümayiş etdirərək, Vətən bildikləri torpaq uğrunda cəsarətlə düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu. İlk növbədə reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşəcək. Bu tarixi hadisəni reallaşdırmaqla Azərbaycan regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı özünün tarixi missiyasının bir hissəsini icra etmiş olacaq.

Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olmaqla irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək.

10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu. Və əlbəttə ki, Bəyanatın ölkəmizə verdiyi ən böyük üstünlüklərdən biri də sonrakı illərdə imzalanmış digər bəyanat və razılaşmalarda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktının təsbit olunmasıdır. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu

10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Azərbaycan xalqı artıqtarixdə qalib xalq kimi qeyd olunacaqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

“Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

İtirilmiş ərazilər tamamilə qaytarıldı. Münaqişə artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir.Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.

Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi.

Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir.

İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.

Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki