image-qanunla-reklam
image-1589951090-semkirde-silahli-insident-olub-bir-nefer-gullelenib

Türkiyədə atışma – Yaralılar var

image-lady-day-az

Türkiyənin Adana şəhərindəki gecə klublarından birində atışma olub.

“Qanunla.az” “Haber Global”a istinadən xəbər verir ki, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. Yaralılar Seyhan Dövlət Xəstəxanasına və özəl tibb müəssisəsinə çatdırılıblar.

Hadisə yerində istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb. “Habertürk” saxlanılanların sayının 5 nəfər olduğunu bildirib.

Atışmanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı təhqiqata başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki