image-qanunla-reklam
image-336324607_1139525946719708_457099890381551616_n

Türk dünyasının coğrafiyasına müdaxilə faktı

image-lady-day-az

Türk dünyasının coğrafiyasına müdaxilə faktı.

Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi.Zəngəzur mahalı qədim Azərbaycan torpaqlarını özündə birləşdirən bir ərazi, coğrafi məkan olub. Eyni zamanda, Zəngəzur elləri ən qədim dövrlərdən Azərbaycan ərazilərində yaranan dövlətlərin tərkibində mövcud olub. Adlar yerin, torpağın danışan dilidir, əcdadlarımızın ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzur ərazisindəki türk mənşəli toponimik adların çoxluğu da fikirlərimizi tam təsdiqləyir. Bu istiqamətdə tədqiqatlarını dərinləşdirən bir çox alimlərin fikrincə, toponimin adındakı “zəngi” leksik vahidi də türk tayfa adıdır. Türkdilli respublikalarda və o cümlədən, ölkəmizin çoxlu yer adlarında bu oğuz-türk tayfasının izləri yaşamaqdadır. Ermənilərin azərbaycanlılara qarşı 1905-1907 və 1914-1920-ci illərdə törətdiyi soyqırımları nəticəsində Zəngəzur mahalında təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi. 4472 qadın və uşaq erməni silahlı dəstələri tərəfindən vəhşiliklə qətlə yetirildi.1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulmasının elan olunmasından bir gün sonra noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzurun Ermənistana verilməsi məsələsi həll olundu. Qərarda Zəngəzur bölgəsini iki yerə – Qərbi və Şərqi Zəngəzur qəzalarına bölmək təklif edilirdi. Nəticədə qədim Azərbaycan torpağının bir parçası olan Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qaldı.  3.637 kv. verstlik hissəsi isə Ermənistana “bağışlandı”.  Azərbaycan xalqı 30 ilə yaxın erməni faşistlərinin işğalında olan torpaqlarımız uğrunda  Qurtuluş Savaşına, haqq mübarizəsinə qalxaraq tarixi ədaləti bərpa etdi. Bu gün torpaq, yurd, el-oba həsrətlisi olan həmvətənlərimiz öz ata-baba yurdlarına, əcdadlarının uyuduğu tarixi torpaqlarına qayıdır. Erməni vəhşilərinin viranə qoyduğu yurd yerlərimizi yenidən qurmağa, gözəlliklər yaratmağa, talan edilmiş, yandırılmış torpaqlarımızı, Qarabağımızı, Şərqi Zəngəzurumuzu  dirçəltməyə qayıdır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki