image-qanunla-reklam
image-5f48d9c85ff08397927799c27daa07a7

Tikinti materiallarının qiyməti bahalaşdı

image-lady-day-az

Bakıda ötən ay tikinti materiallarının qiymətində dəyişikliklər müşahidə olunub.

Qanunla.Az xəbər verir ki, bu barədə Trend-ə “MBA Consulting Group” şirkətindən məlumat verilib.

Qeyd olunub ki, 2021-ci ilin dekabr ayında tikinti məmulatlarının qiymətində stabillik müşahidə olunub, lakin il ərzində qiymətlər 17,1 faiz bahalaşıb.

Dəmir məmulatlarının qiymətində ay ərzində 3,6 faiz, il ərzində 31,8 faiz bahalaşma müşahidə edilib. Taxta məmulatlarının qiyməti ay ərzində stabil qalıb, il ərzində 53,3 faiz bahalaşıb, dam örtüklərinin qiyməti ay ərzində stabil qalıb, il ərzində 43,8 faiz bahalaşıb, sementin qiyməti ay ərzində stabil qalıb, il ərzində 19,2 faiz bahalaşıb, qumun qiyməti ay ərzində və il ərzində stabil qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki