image-qanunla-reklam
image-1689844491-1659083296-1624088522-baki-baki-hava

Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır

image-lady-day-az

Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır.

Son illər neft və təbii qaz kimi hidrogenlərin istifadəsi nəticəsində atmosferə buraxılan istixana qazları ətraf mühitin normadan artıq çirklənməsinə səbəb olub. Bu da ekoloqları cidddi narahat edir. Məhz buna görə də emissiyaları azaltmaq üçün istifadə edilən enerji mənbələrini ekoloji cəhətdən daha təmiz olanlarla əvəz etmək mühüm vəzifə kimi qarşıda durur.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə 2009-cu ildən fəal əmək­daşlıq edən Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı olduqca yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçi­rilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də məhz ölkəmizdə bərpaolunan enerji mənbələrinin poten­sialından səmərəli istifadənin gücləndiril­məsindən ibarətdir.

Yeri gəlmişkən, ölkəmizin ümumi enerji istehsalında bərpaolunan enerji­nin payı 17,3 faiz təşkil edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Pri­oritetlər”də ölkəmizdə yaşıl enerji isteh­salının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji is­tehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. Deməli, enerji sahəsində Avropa İttifaqının etibarlı tərəfdaşı adlandırılan Azərbaycan yaxın gələcəkdə “yaşıl keçid” platformasının da əsas iştirakçısı olmağa tam qadirdir. Təsadüfi deyil ki, martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbər­ləri ilə görüşən Prezident İlham Əliyev bu vacib məqama toxunaraq deyib: “Biz, həqiqətən də, Avropa üçün vacib “yaşıl enerji” təchizatçısına çevriləcəyik və neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrü­bəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komis­siyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Ener­getika Nazirliyi arasında başlanılmış ener­ji dialoqu kimi bütün bu amillər, həqiqətən, onu nümayiş etdirir ki, Azərbaycandan olan “yaşıl enerji” tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır”

 

Həqiqət Həziyeva

Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e.     

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki