image-qanunla-reklam
image-1668501228-image_750x_6373447067142

“Sülhməramlılar özləri müdafiəyə ehtiyac duyur” – Erməni siyasətçi

image-lady-day-az

Ruslar da hiss edirlər ki, bu, artıq onların işi deyil. Onlar indi çox yaxşı hiss edirlər ki, etdikləri hər şey təkcə Ermənistan üçün deyil, həm də özləri üçün pisdir. 

Qanunla.az  xəbər verir ki, bu barədə erməni siyasətçi Levon Hayryan danışıb.

O, jurnalistlərə ABŞ prezidenti Cozef Baydenin bəyanatını xatırladıb: “Baydenin bəyanatını oxumusunuz, o nə deyir? Bayden deyir ki, ola bilər ki, Qarabağdakı rus sülhməramlıları özləri müdafiəyə ehtiyac duyurlar. Çoxları düşünür ki, bu, sadəcə, fantastik söhbətdir, bəyanatdır, amma mən tarixi çox yaxşı bilirəm, bildiklərimi də yaxşı xatırlayıram. Ruslar sonunda başa düşəcəklər ki, gəldikləri gündən həmişə türklərə güzəştə getməli olublar. Onların bu siyasəti hələ gəlməmişdən əvvəl xatırlanırdı. Türklərin Naxçıvan sektorunda rus helikopterini necə vurduğunu xatırlamırsan? Ruslar heç nə etmədilər, bu, bəli, rusların zəifliyindən xəbər verirdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki