image-qanunla-reklam
image-1671014612136864777_1000x669

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr

image-lady-day-az

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr

Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli Zirvə Görüşü Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığının yeni inkişaf dövrünə qədəm qoyduğunun göstəricisidir. Bu etibarlı əməkdaşlığın dərin köklərə əsaslanır. Belə ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Cənab Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz bir sıra sahələrdə bir-birlərinə qarşılıqlı dəstək verir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar buna ən yaxşı sübutdur.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki