image-qanunla-reklam
image-media-ilham-musahibe1-1-t0ua8yhgxvlw9b7z6rcs

Sərhədlərin delimitasiyasına razılıq əldə olunub

image-lady-day-az

Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Qələbəsi sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlamasını zəruri edib. Bunu dünya təcrübəsi də təsdiqləyir. Adətən, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Odur ki, Ermənistanla Azərbaycan arasında münaqişə bitdikdən sonra delimitasiya və demarkasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilməlidir. Regiona tam sabitlik gətirilməsi baxımından bu, çox önəmlidir. Yəni hər kəs öz sərhədini möhkəmləndirir, narkotik tranzitinin qarşısının alınması təmin edilir. Bu, bir aksiomdur. Yoxsa “qırmızı xətt”in keçilməsi, sərhəd boşluqları vasitəsilə hərbi təxribatlara əl atılması kimi hallar baş verə bilər ki, bu da sülhə təhdid anlamına gəlir. Bu sahədə danışıqların predmetli aparılması, müvafiq mexanizmlərin reallaşdırılması və gerçək irəliləyişə nail olunması danılmaz zərurətdir.

Ermənistan unutmamalıdır ki, lap sərhədlər müəyyənləşdirilməsə belə, onsuz da Azərbaycan tərəfi öz ölkəsinin hüdudlarını mətanətlə qorumaq iqtidarındadır, Vətən üçün canını əsirgəməyən qəhrəman əsgərlərimizin qolları əsl sərhəd dirəkləri timsalındadır. Bir sözlə, əsas məram məhz bir-birinin suverenliyini tanımaq anlamına gələn ərazi bütövlüyüdür. Ermənistanın Azərbaycanla olan sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verilib. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu işlə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.

 

Zərdab rayon Çallın kənd tam orta məktəbin müəllimi- Lətifli Tükəz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki