image-qanunla-reklam
image-1670875883-1670090623_adda5cb6-470b-3982-a166-692b4f921a07_850

Sabah Türkiyə-Azərbaycan-Türkmənistan prezidentləri görüşəcək

image-lady-day-az

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan dekabrın 13-14-də Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edəcək.

“Qanunla.az” xəbər verir ki, Rabitə Rəyasət Heyətindən verilən açıqlamada bildirilib ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı çərşənbə günü, dekabrın 14-də Avazada keçiriləcək. Prezident Ərdoğanla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Bəyanatda üç dost və qardaş ölkə arasında bütün sahələrdə, xüsusilə ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı, ikitərəfli görüşlərin keçiriləcəyi bildirilib. .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki