image-qanunla-reklam
image-1696926293-1cd85b3a-f5a5-343f-b43c-cc2d3647da18_850

“Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib” – MN

image-lady-day-az

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.

Bu barədə “Qanunla.az”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki