image-qanunla-reklam
image-1665728261_633fc5cbae5ac91aa158fa5c

Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenə uzadıldı

image-lady-day-az

Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi oktyabrın 22-dək uzadılıb.

Qanunla.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Sonuncu dəfə bu rejim oktyabrın 16-dək uzadılıb.

Belə  ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarında uçuşlar təxirə salınıb.

Rusiya hava limanlarının qalan hissəsi adi rejimdə işləyir.

Rusiya Ukraynadakı hərbi əməliyyatlar fonunda fevralın 24-dən hava limanlarının bir hissəsini bağlayıb. Əvvəlcə səlahiyyətlilər martın 2-dək uçuşların həyata keçirilməsinə məhdudiyyət qoyub. Cənubun bir sıra şəhərləri ilə hava əlaqələrinin bağlanması fonunda Rusiya Dəmir Yolları əlavə qatarları istismara vermək qərarına gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki