image-qanunla-reklam
image-1661157392-891660761714

Rusiyada son altı gündə 429 meşə yanğını baş verib

image-lady-day-az

Rusiyanın Ryazan vilayətinin ərazisində beş meşə yanğını davam edir. 

Qanunla.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, avqustun 22-də yanğının əhatə etdiyi ərazi 8,6 min hektardan çox olub.

Təxminən 7,5 min hektara yaxın meşə fondu torpaqlarında iki yanğın hələ də davam edir. Okski və Meşçerski qoruqlarının xüsusi mühafizə olunan təbiət ərazilərində 1,1 min hektar sahədə də yanğınlar mövcuddur. Daha bir yanğın 45 hektar sahədə müdafiə və mühafizə torpaqlarında qeydə alınıb.

Qeyd olunur ki, avqustun 22-nə keçən gecə yanğınların sayı olduğu kimi qalıb və yanğının əhatə etdiyi ərazi artmayıb. Həmçinin bildirilir ki, avqustun 15-dən avqustun 21-dək bir həftə ərzində idarənin meşə yanğınsöndürmə qüvvələri və onlara cəlb olunmuş şəxslər Rusiyanın 52 regionunda 429 meşə yanğınını söndürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki