image-qanunla-reklam
image-1658831884_86_main

Rusiya ukraynalı deputata 1 milyard dollar verib – SƏBƏB

image-lady-day-az

Ukraynalı deputat Viktor Medvedçuk və onun ailə üzvləri cinayət yolu ilə əldə etdikləri pullarla daşınmaz əmlak alıblar. Göstərilən vəsait (1 milyard dollardan az olmayaraq) Rusiya xüsusi xidmət orqanlarının (FSB) nümayəndələri tərəfindən müharibəyə hazırlaşmaq üçün verilib.

Qanunla.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ukrayna hüquq-mühafizə orqanları siyasətçini “kömür işi” çərçivəsində – 2014-2015-ci illər ərzində terrorçu “L/DPR”dən kömür almaqda vətənə xəyanətdə ittiham edirlər. Aprelin 12- də SBU Viktor Medvedçuku Ukraynadan qaçmaq istəyərkən saxlayıb. Həmin gün Ukrayna prezidenti Volodimir Zelenski Kremlə Medvedçuku dəyişməyi təklif edib.

Məlumdur ki, Lvovun Lıçakov rayon məhkəməsi həbsdə olan Viktor Medvedçukun və onun həyat yoldaşı Oksana Marçenkonun 154 daşınmaz əmlakına həbs qoyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki