image-qanunla-reklam
image-1675062697_de387e37-4b06-4656-8232-e9c2711c292a

Rusiya Ukraynada daha bir ərazini ələ keçirdi

image-lady-day-az

Rusiya hərbçiləri Uqledarın şərq hissəsində Donetsk Xalq Respublikasında möhkəmlənməyə nail olublar.

“Qanunla.az” xəbər verir ki, bu barədə DXR rəhbərinin səlahiyyətlərini icra edən Denis Puşilin məlumat verib.

Onun sözlərinə görə, yaxınlıqda Ukrayna Silahlı Qüvvələri ilə də döyüşlər davam edir.

“Bizim bölmələrimiz Uqledar istiqamətində irəliləməyə davam edir. Orada indi deyə bilərik ki, bölmələr  Uqledarın şərq hissəsində möhkəmləniblər…”, – deyə Puşilin izah edib.

O, Ukrayna hərbçilərinin Vuhledarda möhkəmlənməsinə diqqət çəkib və onlar geri çəkilmək əmri alana qədər müqavimət göstərəcəklərini güman edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki