image-qanunla-reklam
image-328837600_845443219878796_2841527275230317476_n

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər

image-lady-day-az

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər

1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayından qurulmuşdur. 1998-ci ildə Rumıniyanın Azərbaycanda, 2001-ci ildə  Azərbaycanın Rumıniyada səfirlikləri fəaliyyətə başlamışdır.

Cənab Prezidnet İlham Əliyev 2004-cü ildə  Rumıniyaya rəsmi səfər etmiş, Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məslələr ətrafında müzakirələr aparılmış, Buxarestdə 8 may parkında Ümummilli lider Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi olmuşdur. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanmışdır.

İki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir. Humanitar sahədə əməkdaşlıq daim inkişaf edir. 2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyatının görkəmli nümunələrindən 50-dən çox kitab Azərbaycan və rumın dillərində nəşr olunmuşdur.

“Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.” Bu fikirləri cənab Prezident İlham Əliyevin cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı vediyi bəyanatda bildirmişdir.

Həqiqətən Azərbaycan bu gün yaratdığı reallıqları daha da möhkəmləndirir. Bütün dünya ictimaiyyəti hansısa məsələ barədə rəy formalaşdırarkən həmin reallıqlara istinad edir. Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir. Hamı üçün daha gözəl bir dünyanın qurulmasına töhfə verir.

Ariz Pənahov – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki