Rostovda istintaq təcridxanasının əməkdaşlarını girov götürən şəxslər zərərsizləşdirilib.
Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətindən məlumat verilib.
“Rusiya Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə 1 saylı İstintaq Təcridxanasında girovların azad edilməsi üzrə keçirilən xüsusi əməliyyat zamanı cinayətkarlar məhv edilib. Girov saxlanılan əməkdaşlar azad edilib və onlara heç bir zərər dəyməyib”, – məlumatda qeyd olunub.