image-qanunla-reklam
image-1673984357_322928428_3398677833785789_693267777157469690_n

Qırğızıstan Türkiyədən Anka SİHA aldı

image-lady-day-az

Qırğızıstanın Türkiyədən silahlı pilotsuz uçuş aparatı (SİHA) Anka aldığı bildirilir.

“Qanunla.az” xəbər verir ki, Bayraktar TB2, Akıncı və Aksunqur silahlı pilotsuz uçuş aparatlarından (SİHA) sonra Qırğızıstan nəhayət ki, Anka SİHA-nı inventarına əlavə etdi. Qırğızıstan Rəyasət Heyətinin Mətbuat Xidmətinin rəhbəri Dayırbek Orunbekov sosial media hesabından verdiyi açıqlamada dövlət qulluqçularının hər rüb aldıqları mükafatların keçən ilin sonunda müvəqqəti olaraq dayandırıldığını və burada qənaət edilən pulların istifadə edildiyini bildirib.

Ötən ilin sentyabrında Tacikistan sərhədində baş verən silahlı münaqişələrdən sonra silahlı qüvvələrə və təhlükəsizliyə böyük önəm verildiyini deyən Orunbekov “Dövlət məmurlarına verilən mükafat dövlətimizin təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verir. Bu günə qədər “Bayraktar”, “Aksunqur”, “Akıncı”, “Anka” kimi müasir hərbi texnikalar alınıb, onların bir qismi Qırğızıstana gəlib”.

Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçibek Tasiyev Qırğızıstan üçün Bayraktar SİHA-ların 2021-ci ilin oktyabrında tikildiyini, SİHA-ların isə həmin ilin dekabrında təhvil verildiyini açıqlayıb. Ötən ilin oktyabr və noyabr aylarında sosial şəbəkələrdəki paylaşımlarında Taşiyev Akıncı və Aksunqurun hazırda Qırğızıstan olduğunu açıqlayıb.

Orunbekovun açıqlaması ilə Qırğızıstan TAI və Baykar tərəfindən istehsal edilən bütün SİHA-ları satın alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki