image-qanunla-reklam
image-xuda21

Qəhrəmanlıq və şücaət təcəssümü

image-lady-day-az

Qəhrəmanlıq və şücaət təcəssümü.

4 oktyabr 2020-ci il tarixi Şanlı tariximizə Cəbrayıl şəhərinin işğaldan azad olunması kimi həkk olundu.

Cəbrayıl rayonu 23 avqust 1993-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona xeyliziyan dəymiş və Cəbrayıl rayonundan olan məcburi köçkünlər işğaldan sonra respublikanın yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdırlar. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur

Cəbrayıl rayonunda müxtəlif türbələr – Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Cəbrayıl rayonu işğaldan azad edildi. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Cənab Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Cəbrayıl rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaqdır.

2 aprel 2016-cı ildə isə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələ təpə yüksəkliyi Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Cocuq Mərcanlı kəndində başlayan quruculuq işləri ilə birlikdə Böyük qayıdışın başlanğıçı qoyuldu.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. Beləliklə, 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun gücü və qüdrəti sayəsində Cəbrayıl şəhəri 4 oktyabr 2020-ci il tarixdə Ermənistan işğalından azad olundu.
Və bu gün biz əminliklə deyə bilirik ki, Cəbrayıl bizimdir, Qarabağ Azərbaycandır!

 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki