image-qanunla-reklam
image-336324607_1139525946719708_457099890381551616_n

Qayıdış Konsepsiyasının siyasi əhəmiyyəti

image-lady-day-az

Qayıdış Konsepsiyasının siyasi əhəmiyyəti

Cari ilin martın 16-da cənab Prezidentimizin təşəbbüsü ilə qardaş Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası barədə verdiyi açıqlamaların Ermənistana ciddi mesaj olduğunu bir daha gördük. cənab Prezidentimiz çıxışında hər zaman olduğu kimi, önəmli açıqlamalar yer almışdır. İlk növbədə 30 illik erməni işğalının fəsadlarından danışan cənab Prezident, daha sonra Ermənistanın 2022-ci ildə Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamasının yolverilməz hal olduğunu bildirmişdir. Eyni zamanda dövlət başçımız Ermənistanın həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını bir daha diqqət mərkəzinə çəkmiş və bildirmişdir ki, bununla Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın şərtlərini kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.

Dövlət başçımızın çıxışında ən çox diqqət çəkən məqamlardan biri isə əlbəttə ki,Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı oldu. Cənab Prezident bildirdi ki, tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşlar. Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər və onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Dövlət başçısı bildirdi ki, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir.Sonda cənab Prezident İlham Əliyev son dərəcə haqlı və ədalətli bir tələb irəli sürərək bildirdi ki, Azərbaycan dövlətinin Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyi kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir. Möhtərəm dövlət başçımızın Ermənistana bu mesajı bir daha göstərir ki, Azərbaycan dövləti artıq bundan sonra öz qanuni hüquqlarının pozulmasına heç bir halda göz yummayacaqdır.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki