image-qanunla-reklam
image-328716336_913274889850656_5859170701486089934_n

Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq

image-lady-day-az

Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq

Dünya dövlətləri ilə Azərbaycanın müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Son 19 ildə Cənab İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Münasibətlərin tarixi ötən əsrləri əhatə edir və bu münasibətlərin əsası mənbələrdə qeyd olunduğu kimi, hələ XV əsrdə qoyulub. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətlərarası ikitərəfli münasibətlərin coğrafiyası genişlənmiş və Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanımışdır. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmiş və Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Ulu Öndər Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 1996-cı ilin martında Rumıniya Prezidenti İon İliyesku Azərbaycana rəsmi səfərə gəlmiş və səfər çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, hava əlaqələri, ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları haqqında və digər sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Qarşılıqlı əlaqələrin təzahürü olaraq 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılmışdır. 1998-ci il iyunun 29-da Rumıniya Prezidenti Emil Konstantinesku Heydər Əliyevin dəvətilə Azərbaycana rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında” bəyannamə imzalanmışdır.

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin metodisti –Mecidli Cəlal

 

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər

Ulu Öndərin siyasi kursunu bu gün uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir çox dünya ölkələri ilə yanaşı, Rumıniya ilə də dostluq əlaqələrini uğurla inkişaf etdirir. 2004-cü ildə İlham Əliyevin Rumıniyaya rəsmi səfəri və səfər çərçivəsində “Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi” də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənədin imzalanması münasibətlərin genişlənməsinə geniş imkanlar açdı. Beləliklə, qarşılıqlı səfər və görüşlər ölkələr arasında siyasi – iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etməsinə səbəb oldu. Prezident cənab  İlham Əliyev çıxışlarının birində ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirib. “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş” və digər sənədlər dövlətlərarası münasibətlərdə körpü rolu oynayıb. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri münasibətlərin daha da inkişafına söykənir. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti diqqətə çəkilib. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirilməsinə önəm verilib. Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzalanmışdır. Bu gün regionda böyük gücə malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində də xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- İmanova Xanım

 

SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.

Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri bu əlaqələrin yüksələn xətlə inkişafına, dostluq münasibətlərinə söykənir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və cənab Prezident Buxarestə səfər zamanı dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalayıblar.
Bu Sazişin imzalanması ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Bu Azərbaycanın Mərkəzi Asiya ilə bağlılığını artıracaq. Bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcəkdir. Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti mühüm əhəmiyyətli bir layihədir.Cari ilin fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannisin mətbuata bəyanatlarla çıxışı zamanı, dövlət başçımız “Biz keçən ay Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir”, – deyə bildirib. Cənab Prezident onu da qeyd edib ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər: “Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır… Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir”. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər.Rumıniya strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırdır. Qeyd etdiyimiz kimi, Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. 2023-2024-cü illərdə ruminiyaya əlavə qaz nəql ediləcək. “Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”, – deyə Prezident qeyd edib.

Cənab Prezident ticari-iqtisadi sahələrdə də nəticələrə nəzər salıb. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil, -eyən Azərbaycan Prezidenti ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etdiyini diqqətə çatdırıb: “Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər. Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir”.Bütün bunlarla yanaşı, Azərbaycan Ruminiya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar var. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də nəqliyyat sahəsində olan münasibətlər dövlətlərarası əlaqələr üçün geniş imkanlar açacaqdır.

 Heydər Əliyev Mərkəzinin  Elmi işçisi – Alagöz Namazova

 

SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.

Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-Hacızadə Aişə.

 

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər

Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfəri, bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşləri və səsləndirilən birgə bəyanatlar iki dost və tərəfdaş ölkə arasında gələcək əlaqələrin daha da inkişafı və möhkəmlənməsinə zəmin yaradıb.
Görüşlərdən sonra Rumıniyanın rəsmi nümayəndələri qeyd ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin, bütövlükdə regionun təhlükəsizliyinin təmin olunmasında və inkişafında mühüm xidmətləri vardır. Azərbaycanın inkişafa yönələn siyasətində qazandığı uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün Avropaya körpü rolunu oynayır. Azərbaycan həmçinin Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub, bunun sayəsində Azərbaycan regionun strateji, iqtisadi mərkəzinə çevrilib.Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti olan SOCAR Rumıniyada fəaliyyət göstərir, onun Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır. Həmçinin Rumıniyanın imkanlarından istifadə edilərək. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və paralel olaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır.

İki il bundan əvvəl isə Cənub Qaz  Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilib.Azərbaycan ildən-ilə xaricə qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu bu artımın bariz göstəricisidir. Son illərdə ölkəmizdə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb. Bu layihə çox strateji və böyük sərmayə tələb edən layihə olmaqla yanaşı həm də bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Bu layihənin uğurla həyata keçirilməsi işlərində bir sıra ölkələr kimi Rumıniya da maraqlıdır. İldən ilə Azərbaycan və Rumıniya arasında əməkdaşlıq potensialı get-gedə artır, bu isə regionun və Avropa İttifaqının daha sıx əməkdaşlığı üçün çox vacib amillərdən biridir.

Həsən bəy Zərdabi muzeyinin əməkdaşı -Leyla Əliyeva.

 

SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı – Gülbəniz Əhmədova

 

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər

Azərbaycan ilə dost və tərəfdaş Rumıniya arasında münasibətlərin əsası hələ orta əsrlərdə qoyulub.Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi.
Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanıyıb. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir.Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. ARDNŞ Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən 70-dən çox yanacaqdoldurma məntəqəsi açmışdır.Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti KlausYohannisin Azərbaycana səfəri baş tutmuşdur. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti KlausYohannis mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.
“Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir”.  Azərbaycanın ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi idi. Görüş zamanı bu mövzuya da toxunan dövlət başçımız bildirmişdir: “Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir”. Prezident cənab İlham Əliyevin keçirdiyi görüşlər, günün aktual mövzusu olan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır.

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı Tavad Qurbanova

 

Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi.

Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən sonra Avropa ölkələrinin alternativ enerji mənbələrinə ehtiyacı kəskin artıb. Bu isə Azərbaycanın etibarlı təminatçı kimi mövqeyinin güclənməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin verdiyi məlumatdan aydın olur ki, 2022-ci ildə 10-dan çox Avropa ölkəsi Azərbaycandan qaz almaq, yaxud daha çox qaz almaq üçün ölkəmizə müraciət edib. Belə ölkələrdən biri də Rumıniyadır. 5-6 il əvvələdək qaza olan tələbatının 95 faizə qədərini öz istehsalı ilə təmin edən Rumıniyada qaz hasilatı ciddi şəkildə azalıb. Buxarestson 3 ildə 11-12 milyard kubmetrlik illik tələbatın 8-8,5 milyard kubmetrini özü təmin edir, qalanını isə əsasən Rusiyadan alırdı. 2021-ci ildə ölkə Rusiyadan 3 milyard kubmetr qaz alıb. Lakin 2022-ci ildə Rumıniya Ukraynaya hücumundan sonra Rusiya qazının alışını kəskin şəkildə azaldıb. Azalan həcmlərin cüzi bir qismi Qara dənizin Rumıniya sektorundakı “Ana” yatağından 2022-ci ilin iyununda başlayan hasilat hesabına kompensasiya olunub. İyundan dekabra qədər bu yataqdan Rumıniyanın qazpaylayıcı şəbəkəsinə 500 milyon kubmetr qaz çatdırılıb. Növbəti illərdə hasilatın illik 1 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Rumıniya hökuməti ötən il qanunvericiliyə Qara dənizdəki yataqların işlənməsində iştirak edəcək xarici şirkətlər üçün vergi güzəştləri nəzərdə tutan dəyişiklik edib.Qara dənizin Rumıniya sektorunda təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 170-200 milyard kubmetr həcmində qiymətləndirilir. 2040-cı ilədək bu həcmlərdən ildə 6 milyard kubmetrə qədər qazın ölkənin qazpaylayıcı şəbəkəsinə daxil olunması nəzərdə tutulur. Rumıniyanın “Transqaz” şirkətinin hesablamalarına əsasən həmin dövrə qədər ölkədə qaza olan illik tələbat 8 milyard kubmetr artaraq 20 milyard kubmetrə çatacaq. Bu isə o deməkdir ki, daxili hasilat artsa belə, tələbatı qarşılayacaq həcmdə olmayacaq, Buxarest qaz idxalını davam etdirəcək.

Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın “Romgaz S.A.” arasında imzalanmış müqaviləyə əsasən, yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb. Razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur. Bu müqavilə aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetr mavi yanacağın çatdırılmasını nəzərdə tuturdu.

Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR-la “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya ildə bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb. SOCAR-dan verilən məlumata görə, saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi- Mayisa Xəlilova

 

Azərbaycan qaz ixracatını sürətlə artırır

Rumıniya Azərbaycandan və Yunanıstanın LNG terminallarından əldə edəcəyi qazı digər ölkələrə, xüsusilə də Rusiyadan kəskin qaz asılılığında olan Moldovaya ötürməyi hədəfləyir. Hazırda Moldova Avropa İttifaqının qaz təchizatı baxımından ən zəif potensiallı ölkəsi hesab olunur. Eyni zamanda Avropa İttifaqı Moldova üzərindən Ukraynaya da qaz çatdırılmasını təmin etməyə çalışır. Bu baxımdan, Azərbaycan qazının Avropa İttifaqı üçün önəmi daha da artır.

Azərbaycan bu önəmi nəzərə alaraq qaz, həmçinin enerji ixracını artırmaq üçün infrastrukturun genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirir. Rəsmi Bakı Rumıniya ilə əlaqələrin genişləndirilməsində həm də buna görə maraqlıdır.

2022-ci ildə ölkələr arasında ticarətin həcmi 518 milyon 39 6,12 min dollar təşkil edib. Bunun 446 milyon 866.00 min dolları Azərbaycanın, 71 milyon 530.12 min dolları Rumıniyanın ixracının payına düşür. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə ölkələr arasında alış-verişin həcmi 215 milyon 535,53 min dollar olmuşdu. Həmin il Azərbaycan Rumıniyaya 80 milyon 876.89 min dollarlıq 173 min 781.81 ton neft satıb.

2022-ci ildə isə bu ölkəyə neft satışımız 378 milyon 607.28 min dollar dəyərlə 538 min 424.03 tona qədər artıb. Burada Rumıniyanın Avropa İttifaqının üzvü olaraq Rusiyadan neft alışını dayandırması mühüm rol oynayıb.

Rumıniya Prezidenti Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-3-də Azərbaycana səfər edib. Onunla görüşdən sonra mətbuata verdiyi bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir: “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər”.

Azərbaycan Prezidenti SOCAR-ın Rumıniyadakı fəaliyyətinin yüksək qiymətləndirib, ölkələr arasında energetika sahəsində əməkdaşlığın yeni mərhələsinin başlandığını deyib: “Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.
İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına”.İ.Əliyev Azərbaycanın yaşıl enerji ixracı layihəsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır”.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi-VəfaXəlilli

 

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər.

Azərbaycanla tərəfdaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf edən Rumıniya Avropanın sayılıb seçilən ölkələrindən biridir. Bunu həm də o amil təsdiqləyir ki, bu ölkə ardıcıl və məqsədyönlü siyasəti sayəsində həm Avropa İttifaqı, həm NATO kimi nüfuzlu qurumlarda önəmli söz sahiblərindən birinə çevrilib. Dost Rumıniyanın iqtisadiyyatı çoxvektorludur. Burada ayrı-ayrı infrastruktur sahələrinin, bərpa olunan enerji seqmenti də daxil olmaqla enerji sektorunun, eləcə də kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin geniş inkişaf perspektivləri var. Təbii ki, bu perspektiv uzun illər ərzində formalaşan ənənələrə, iqtisadi potensiala əsaslanır. Ölkədə yaradıcı əmək, bilik iqtisadiyyatı güclü şəkildə təşviq olunur. Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Mənbələrdə xalqlarımız arasında əlaqələrin təməlinin orta əsrlərdə qoyulduğu bildirlir. Tarixin müxtəlif dönəmlərində enən və yüksələn bu əlaqələr daim xoş mərama əsaslanıb. Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib. Prezident İlham Əliyev 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda diqqətə çatdırdı ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Cənab Prezident bildirdi ki, ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru –Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki