image-qanunla-reklam
image-bez-nazvaniya-2

Qardaşlıq əlaqələrinin təzahürü

image-lady-day-az

Qardaşlıq əlaqələrinin təzahürü.

Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcuddur. Hər iki xalqlar istər müharibə dövründə birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüblər. Əzəli və əbədi olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sarsılmazdır. Türkiyə Resdpublikası bu gün Azərbaycanın yanındadır və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağlar. Əvvəl Çanaqqalada azərbaycanlı gəncləri Anadolu gəncləri birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq…” deməklə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunəsidir.İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü olmuşdur. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Allah Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə isə  şəfa versin! Həyata keçirilən uğurlu xarici siyasətin və görülən böyük işlərin nəticəsində bütün dünyaya məlum idi ki, Ermənistan uzun müddət Azərbaycanın ərazisinin 20 faizini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını – Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal altında saxlayır. O cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ölkələrinin çağırışlarına məhəl qoymurdu. Azərbaycan Prezidentinin ifadəsinə əsasən hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin Şanlı ordusu tarixi torpaqlarımızı düşmənlərdən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və buna hər an hazır idi. Ulu öndər Heydər Əliyevin davamçısı cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilib, ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilib, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılıb, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşdırılıb. “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2021-ci il hesabatında 138 ölkənin orduları sırasında ordumuz 64-cü yerdə qərarlaşıb. Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının ən böyük meydanı olan “Azadlıq meydanı”nda möhtəşəm Zəfər Paradı keçirildi. Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər Paradında Prezident İlham Əliyev ilə çiyin-çiyinə dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənin ələ keçirilən silah-sursat və texnika ilə yanaşı, dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.

Sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.

 

Sotanova Zahidə

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki