image-qanunla-reklam
image-thumb

Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır

image-lady-day-az

2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır.

44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra bu yerlərin xoşbəxt, firavan günləri hələ qabaqdadır. Zülmdən, zülmətdən qurtulan cənnət Qarabağın öz gülüstanına qovuşmasına az qalıb, lap az. Dövlətimizin, Prezidentimizin apardığı düşünülmüş siyasət, sosial-iqtisadi proseslər bunu bir daha sübut edir. Hələ Şuşanı erməni işğalından azad edərkən möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Əziz Şuşa, sən azadsan. Biz səni dirçəldəcəyik”. İndi bu sözlər bütün Qarabağ üçün keçərlidir. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr, bərpa-quruculuq işləri bundan xəbər verir. Həmin ərazilərdə genişmiqyaslı yenidənqurma prosesi gedir. Ermənilər tərəfindən 30 il ərzində dağıdılaraq xarabalığa çevrilən ərazilər yenidən bərpa edilib, dirçəldilir, bu yerlərə yeni həyat, yeni yaşayış gəlir, həyat tədricən öz axarına düşür.Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunur. Dövlət başçısı elə ilk günlərdən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma işlərinə dəvət edib. Hazırda bərpa-quruculuq işləri uğurla davam edir. İşğaldan azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat gətirir, canlanma yaradır. Yenidən qurulan şəhərlərdə, kəndlərdə bütün infrastruktur, iaşə obyektləri, məktəblər, xəstəxanalar bərpa olunaraq müasir tələblərə uyğun inşa edilir. Aparılan irimiqyaslı tikinti işlərində, xəstəxanaların inşası da uğurla həyata keçirilir.Əlbəttə ki, görülən işlər heç də asan başa gəlməyib. Çünki, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra bizim üçün ikinci bir cəbhə də açıldı. Bu da işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi idi. Aparılan bərpa-quruculuq işlərini tam təhlükəsiz və sürətli həyata keçirmək üçün dövlətimiz bu işin də öhdəsindən layiqincə gəlir. Əvvəlcə, ərazilər minalardan tam təmizlənir, sonra isə bərpa-quruculuq işlərinə başlanılır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki