image-qanunla-reklam
image-anxay-m-kda-l-q-kilat-n-n-toplant-s-ba-lay-b-0-1663308783

Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb

image-lady-day-az

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın tarixi Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci iclasında iştirak etmişdir. Cənab Prezidentimiz toplantı zamanı bir sıra mövzularda çıxış etmişdir ki, onlardan biri də Qarabağ münaqişəsi və regionda yaranan yeni reallıqlarla bağlı olmuşdur. Çıxış zamanı o bildirmişdir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Əlbəttə ki, Ermənilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmaq istəyirlər. Bu da səbəbsiz deyil. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, hər iki ölkəyə dünyada gedən siyasi proseslərə təsir göstərmək imkanı da qazandıracaq. Həmin qüvvələrə Prezident cənab İlham Əliyev qəti şəkildə xəbərdarlıq edərək demişdir: “İndi Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istəyimizə nail olacağıq”.

Artıq qonşu ölkədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi və onun Ermənistana da fayda gətirəcəyi barədə bəyanatlar verilir. Azərbaycan dövlətinin tələbi və böyük güclərin bu işə olan marağı qarşısında Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmağa məcbur oldu. Baxmayaraq ki, bu ölkədə mövcud müxalif siyasi qüvvələr və bəzi iqtidar nümayəndələri buna mane olmağa cəhd göstərirdilər. Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyətini Prezidentimiz cənab İlham Əliyev hələ 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. O bildirmişdi ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi parçalanması demək idi. Çünki qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayırdı. Buradan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcəkdir.

Cənab Prezidentimizin özünün də qeyd etdiyi kimi, müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında ən vacib imkan nəqliyyat imkanlarıdır ki, bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin  müəllimi – İlahə Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki