image-qanunla-reklam
image-1665637116_rian_2476091-hr-pic905-895x505-89486

Putin Qazaxıstana getdi

image-lady-day-az

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qazaxıstana gedib. 

“Qanunla.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, oktyabrın 13-də Putin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) himayəsi altında keçiriləcək görüşdə iştirak edəcək.

Oktyabrın 14-də Qazaxıstanın paytaxtında MDB Dövlət Başçıları Şurasının iclası, həmçinin Rusiya-Mərkəzi Asiya formatında iclas keçiriləcək. Həmin gün Rusiya Federasiyasının Prezidenti bir sıra ikitərəfli görüşlərdə iştirak edəcək.

Bundan əlavə, Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflərin Ukraynadakı və Suriyadakı hadisələri müzakirə edəcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki