image-qanunla-reklam
image-azerbaycan-qirgizistan-prezidentleri

Prezident İlham Əliyevin oktyabrın 11-də Qırğızıstana dövlət səfəri

image-lady-day-az

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğızstana səfər etdi.

Dövlətimizin başçısının paytaxt Bişkekdə mətbuata verdiyi bəyanatında qeyd etdiyi kimi, Azərbaycan-Qırğızstan əməkdaşlığı mühüm nəticələrə hədəflənib və nəzərdə tutulandan daha sürətlə inkişaf edir.

Şübhəsiz ki, yeni yaradılan Qırğızıstan-Azərbaycan İnkişaf Fondu məhz inkişafa, investisiyalar cəlb edilməsinə, iş yerləri yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək. Strateji tərəfdaşlıq haqqında Bəyannamə isə imzalandığı gündən keçən cəmisi yarım il ərzində münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb.

Azərbaycanın “Azersky” və “Azerspace-1” peykləri Qırğız tərəfdaşlarımıza da xidmətlər göstərir, Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun inşası isə hər iki ölkə üçün böyük önəm daşıyır.

Bakı və Bişkek şəhərlərinin qardaşlaşması, Bişkekdə ən böyük məktəblərdən birinə ulu öndər Heydər Əliyevin, digərinə Nizami Gəncəvinin adının verilməsi, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır, üstəlik, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.

Prezident İlham Əliyevin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında dediyi kimi, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Bununla belə, qırğızlar da, biz də daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq. Qarşıdakı illərdə Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur və bu da xalqlarımızın bir-birini daha yaxından tanımasına, daha çox, daha sıx təmaslar qurmasına imkan verəcək.

Əməkdaşlığımızın daha bir faydası da odur ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu yaradılmaqda olan Orta Dəhlizin bir hissəsi olacaq, Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona yüksələcək.

Bundan əlavə Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir. Ona görə də hər iki ölkə regionda infrastruktur layihələri reallaşana qədər nəqliyyat potensialını genişləndirməyə hazır olmalıdır.

Sevindirici haldır ki, bu və digər məsələlərin həlli, hər iki ölkə üçün çox mühüm layihələrin həyata keçirilməsi “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ında geniş şəkildə əks olunmuşdur və dostluğumuzun böyük perspektivlərini nümayiş etdirir.

 

İsaməddin Əhmədov – Zərdab şəhər sakini, “Əkinçi” qəzetinin redaktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki