image-qanunla-reklam
image-2cbeba4d813eb75d93b59400ab5b763e

Prezident İlham Əliyev rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğulayıb

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Çıxışı zamanı Prezident bir sıra məsələlərə toxunub. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, dünya hazırkı şəraitdə soyuq müharibənin bitməsindən sonra Şərq-Qərb qarşıdurmasının şahidlik edir. Bütün bu problemlərin fonunda Qoşulmama Hərəkatı münaqişələrin həllində, yeni yanaşmaların formalaşdırılmasında mühüm rol oynaya bilər.

Ölkə rəhbəri münaqişələrin yaranmasından, onun həlli yollarından danışaraq diqqəti Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə yönəltdi və işğal nəticəsində Azərbaycanda humanitar fəlakətin yarandığını, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğuladı. Dövlətimizin başçısı, həmçinin münaqişəni sülhlə aradan qaldırmağı və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan hakimiyyətinin məhəl qoymamasını, beynəlxalq hüquqa nümayişkaranə şəkildə hörmətsizlik etdiyini də diqqətə çatdırdı. Prezident İlham Əliyev bununla yanaşı, çıxışında problemi həll etməyə cavabdeh olan ATƏT-in keçmiş Minsk qrupunun da heç bir nəticəyə nail ola bilmədiyini söylədi. Qarşı tərəf bizə başqa seçim imkanı qoymadı. Belə olduğu təqdirdə, beynəlxalq hüququn verdiyi imkanlardan, legitim hüququmuzdan istifadə etməklə ərazilərimizi hərbi yolla azad etdik.

Dövlətimizin başçısı nitqində yuxarıda diqqətə çatdırılan məsələlərlə bərabər, ölkəmizin beynəlxalq iqtisadi layihələrdə iştirakına da toxunaraq, Azərbaycanın bu prosesdə fəal siyasət yürütdüyünü qeyd etdi. Bu sırada respublikamızın enerji təhlükəsizliyində ciddi mövqe qazanmasını xüsusi vurğuladı.

Cənab Prezident sonda qeyd etdi ki, X Qlobal Bakı Forumu Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan beynəlxalq arenada böyük gücə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin həm bu mötəbər tədbirdə çıxışı, həm də Forum iştirakçısı olan nüfuzlu siyasətçiləri qəbul edərkən ifadə etdiyi mövqe ölkəmizin öz maraqlarını qoruyaraq təmin etmək gücünü göstərmiş oldu.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki