image-qanunla-reklam
image-iji

Peşə məktəblərinə tələbə qəbulu başladı

image-lady-day-az

2022-2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu başlayıb.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, peşə təhsili almaq istəyən şəxslər bu gündən “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 340 yer üzrə aparılacaq.

Sənəd qəbulu avqustun 12-də saat 18:00-da başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki