image-qanunla-reklam
image-1668760763_dsc_9647_1624631850

Parlamentdə yeni işçi qrupları yaradıldı

image-lady-day-az

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb.

“Qanunla.az” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qərar layihəsinə əsasən, deputat Ramin Məmmədov Azərbaycan-Kamboca, Məşhur Məmmədov Azərbaycan-Sinqapur, Ziyafət Əsgərov Azərbaycan-Tunis, Zahid Oruc isə Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki