image-qanunla-reklam
image-4ea4d86824472ae49303a0d106c2c20a

Özbəkistan bizə qardaşcasına yardım və dəstək təklif edən ilk ölkədir

image-lady-day-az

Özbəkistan bizə qardaşcasına yardım və dəstək təklif edən ilk ölkədir.

Özbəkistanla nəqliyyat, enerji, investisiyalar, avtomobil sənayesi sahələrində çox geniş əməkdaşlıq gündəliyi hazırlanıb. Bu, həqiqətən də hər iki tərəfin fəxr edə biləcəyi və gələcək üçün böyük potensiala malik tərəfdaşlıqdır. Bütün regionun potensialını artıran önəmli infrastruktur layihəsi. Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulmasını artıq tam başa çatdırmışıq. İndi qatarın sürəti saatda 120 kilometrdir və bu da bir neçə il əvvəl ilə müqayisədə (50-60 km/s) daha sürətlidir. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək.

Regionun logistikasını dəyişdirəcək layihə. Orta Dəhlizin daha bir qolu olacaqdır – biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Beləliklə, bu, yeni yüklərin qəbulu üçün yeni imkanlardır. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək. Qarabağın yenidən qurulmasında əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək.

 

Ələddin Zeynalov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki