image-qanunla-reklam
image-1696582226-644fd5b515fd7644fd5b515fd81682953653644fd5b515fd3644fd5b515fd5

Onlar çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid ediləcək

image-lady-day-az

Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq.

“Qanunla.az” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Sosial xidmət haqqında” qanuna dəyişiklik edilib.

Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq.

Həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrindən çıxandan sonra ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayə haqqı verə bilmirdilər. İndi həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq. Eyni zamanda onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq.

Layihə müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki