image-qanunla-reklam
image-ilham-eliyev

Ölkəmiz dinamik şəkildə inkişaf edir

image-lady-day-az

Ölkəmiz dinamik şəkildə inkişaf edir

Prezident cənab İlham Əliyevin cari ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi ölkəmizin digər bölgələrində olduğu kimi Nefçala rayonunda Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı  bütün bunlar onu göstərir ki, Azərbaycan dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.  2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu gün  Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər – insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir. Cənab Prezidentin səfəri zamanıSalyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Bu gün Azərbaycanın dinamik və sürətlə inkişafı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gündə ölkə başçısı Cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin uğurlu nəticəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov

 

 

Prinsipial mövqe.

Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun şücaəti nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız 44 gün ərzində düşməndən azad olundu. İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr Azərbaycan dğvlətinin və onun rəhbərininın iradəsini qətiyyətini, gücünü əyani şəkildə görüblər. Prezident İlham Əliyevin cari ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan qovmuşuq. Onlar qaçıblar, Xankəndiyə və başqa bir yerə gələ bilmirlər. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.Bu gün bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal işə start verilmişdir. Bütün bu aparılan abadlıq quruculuq işləri Azərbaycanın bu gün güclü dövlət olmasından və güclü iqtisadiyyata sahib olmasından xəbər verir. Eyni zamanda ölkə başçısının yorulmaz fəaliyyəti və qətiyyətli mövqeyi bu gücü şərtləndirən əsas amildir.

Zərdab rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov

 

 

Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir

Hazırda bütün dünyada nümunə kimi qəbul edilən inkişafın Azərbaycan modelinin səciyyəvi cəhətlərindən söhbət açarkən ölkənin regionlarının tarazlı şəkildə inkişaf etdirilməsinin strateji kurs kimi müəyyənləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə daxilolan vəsait sosialyönümlü layihələrin icrasını sürətləndirir.Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsindən ibarətdir. Ölkə rəhbərliyi tərəfindən aparılan sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Bu müddətdə dövlət proqramlarının və regional layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir. Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilib, yoxsulluğun səviyyəsi kəskin aşağı düşüb, dövlət büdcəsi gəlirləri artıb. Uğurla həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişib, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması naminə sistemli tədbirlər görülüb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir

Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.
Dövlətimizin başçısının işğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlandığını bildirməsi yaxın gələcəkdə bu ərazilərdə ciddi şəhərsalma fəaliyyətinə start veriləcəyinin və yerli yol-nəqliyyat infrastrukturunun qurulacağının anonsu kimi qiymətləndirilə bilər. işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-qurucluq işləri həyata keçirilir və bu ərazilərimiz cənnətə çevrilməkdədir. Əlbəttə, bütün bunlar Prezident cənab İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi müdrik və unikal siyasətin nəticəsidir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımız yenidən qurulur, işğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə həyata keçirilir. Minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. İşğaldan azad olunan ərazilərin iqtisadi potensialı da kifayət qədər böyükdür. Təsadüfü deyil ki, Prezident cənab İlham Əliyev işğaldan azad olunan əraziləri “yaşıl enerji” zonası elan edib. Eyni zamanda digər ərazilərimizdə quruculuq bərpa işlərinin həyata keçirilməsi, şəhərlərin Baş planlarının hazırlanması və bu kimi fəaliyyətlər bir daha onu deməyə əsas verir ki, doğma Qarabağımızın cənnətə çeviriləcəyi tarix yaxın günlərdədir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Bütün bərpa və quruculuq işləri plan üzrə gedir

Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir;Müharibədən sonrakı iki il yarım ərzində ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilir. Bugünkü Zəfər çalan  Azərbaycan Ordusu qat-qat güclüdür.  Ordumuz hər bir vəziyyətə hər ana hazır olmalıdır. Ona görə bu sahədə – ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas Qarabağın, Şərqi Zəngəzurun bərpasıdır. Dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz 36 milyard manata çatacaqdır.Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə  infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə getməkdədir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam etməkdədir.Yaxın vaxtlarda fərdi evlərin sayı 570,140-dan çox mənzil isə hazır olması nəzərdə tutulur. Bu ilin yay aylarında isə 700-dən çox ailə  Laçın şəhərində yerləşdirləcək. Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində quruculuq iləri  gedir. O kəndlərdə ilin sonuna qədər keçmiş köçkünlər öz yudlarına qaytarılacaqlar.Bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir.  ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər – 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. iki məscid isə əsaslı təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Bax, quruculuq işlərimiz bu istiqamətdə aparılır və bir daha onu göstərir ki, bütün planlar, bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və tapacaq.Ölkə rəhbərliyi tərəfindən aparılan sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Bu müddətdə dövlət proqramlarının və regional layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr qeyd edilənləri bir daha təsdiqləyir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

 

Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm    ölkəmizi gücləndirir

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində baş verir. Günü –gündən çiçəklənən  bölgələrimizə baxdıqda görürük ki, çox böyük, genişmiqyaslı quruculuq işləri aparılmışdır.Bu işlər daim davam etdirilir.  Hazırda dördüncü Dövlət Proqramı icra olunur: Cənab Prezidentimiz tərəfindən bölgələrə tez-tez  səfərlər olunur.Bu səfərlərin əsas məqsədi həm nəzarətdir, yəni Cənab Prezidentimiz İlham Əliyevin  verdiyi tapşırıqlar necə,hansı səylə  yerinə yetirilir .Eyni zamanda qarşıya müəyyən edilmiş məqsədlər qoyulur.

Bu məqsədlərin nəticələrinə uyğun olaraq  növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə  bəyan edilmiş  bütün hədəflər təmin edilsin. İlk olaraq, bu hədəflərdən ən vacibi insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasıdır. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişaf prinsipinə baxsaq görərik ki, bu inkişaf həm sosial,həm də iqtisadi xarakter daşıyır.

Bölgələrimizin yüksəlmə səviyyəsinə ayrı-ayrılıqda  nəzər yetirsək bir daha bizə aydın olar ki,,keçən əsrlə müqayisədə bu gün regionlarımızın infrastrukturu sürətli səviyyədə  tərəqqi etmişdir.Bu da Azərbaycan Respublikasının hər cəhətdən güclənməsinin və inkişafının bariz nümunəsidir.Bunun nəticəsində ölkəmiz günü-gündən çiçəklənir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir.

Bu gün Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas məsələlərdən biridir. Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq ,soyğunçuluq,barbarlıqla məşğul olublar. Biz  öz torpaqlarımızın əsas sahibləri olaraq yurdumuza  geri dönmüşük. Bu gün əsas məqsədlərdən biri işğaldan azad edilmiş bölgələrimizdə infrastrukturu yenidən yaratmaqdır. Ona görə müharibə başa çatan kimi dərhal bərpa işlərinə start verilmişdir. Artıq icra olunmuş iki layihə  Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Hazırda  iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində  keçmiş köçkünlər yaşayır . Bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını bir daha görmüş oluruq. Çox yaxın zaman dilimində abad şəhərlərimizi, kəndlərimizi, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastrukturları işğaldan azad edilmiş bölgələrimizdə görəcəyik.Cari ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, büdcəyə əlavələr edək. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq.

Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq.Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır. Biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını və hərbi potensialımızı göstərdik.

 Zərdab rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov

 

 

 

 İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir.

İşğaldan azad olunmuş bölgələrimizin inkişaf prosesi  sürətlə davam edir. Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər – 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir,çünki məscidlərin hamısı ermənilər tərəfindən darmadağın  edilmişdir. Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur.   Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir.Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır. Çünki başqa variantı yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etmişdir.  Azərbaycan ilə Ermənistan arasında sərhədlər – 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır.

Erməni faşistlərinin törətdiyi bütün mənfur əməllərinə baxmayaraq bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır və daimi şəkildə davam edən quruculuq,abadlıq işləri nəticəsində işğaldan azad edilmiş bölgələrimiz günü-gündən çiçəklənir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki