image-qanunla-reklam
image-images

Ölkədə aparılan  sosial-iqtisadi islahatlar vətəndaşlar tərəfindən  təqdirlə qarşılanır

image-lady-day-az

Ölkədə aparılan  sosial-iqtisadi islahatlar vətəndaşlar tərəfindən  təqdirlə qarşılanır

Bu gün Azərbaycan cəmiyyətinin həmrəylik nümayiş etdirdiyini, ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəklədiyini vurğulayan dövlət başçısı İlham Əliyev  bir daha bildirdi ki,  siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Həyata keçirilən siyasət ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bu siyasətin nəticəsində Azərbaycan hərbi-siyasi yolla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad, tarixi ədaləti,  milli qüruru bərpa etdi.

Biz sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq” xalq-iqtidar birliyi,  vətəndaş  həmrəyliyi,  davam edən  dinamik inkişaf, hakimiyyətin yürütdüyü siyasətin əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik Azərbaycana uğurlar qazandırır: “Son  18 ildən artıq dövrdə  iqtisadiyyatın bütün sahələri üzrə diqqət çəkən biri-birindən əhəmiyyətli uğurların nəticəsidir ki,  Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında mövqeyini möhkəmləndirir,   liderliyni qoruyur. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır. Ölkədə aparılan  sosial-iqtisadi islahatlar vətəndaşlar tərəfindən  təqdirlə qarşılanır.

Rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi rayon rəhbərliyinin işinə  kömək olar. İnsanlarla bir yerdə olmaq, onların qayğıları ilə maraqlanmaq hər bir məmurun qarşısında dayanan əsas vəzifədir.

Azərbaycanda islahatlar prosesi dövrün tələbinə uyğun olaraq daha da təkmilləşdirilir. Kadr islahatları həyata keçirilir. İdarəçilik sistemində yeniləşmə, təkmilləşmə hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa imkanlar yaradır. Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuz qazanması təsadüfi deyil. Hazırda işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması ümumilikdə bütün bölgələrimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Azərbaycan sürətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyev bir daha xəbərdarlıq etdi ki, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki