image-qanunla-reklam
image-1698217988-539

Oğlanlar və qızlar arasında fərqin sayı açıqlanıb

image-lady-day-az

2022-ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940-1 oğlan, 57906- sı isə qızdır. 

“Qanunla.az” xəbər verir ki, bu Azərbaycan  Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.

Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğ lan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub.

BMT-nin Əhali Fondunun demoqrafik təhlillərinə görə, cinslər arasında bioloji norma hər 100 qıza 102-106 oğlan nisbətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki