image-qanunla-reklam
image-336912022_546227650931999_5956859114003037525_n

Novruz xalqımızın milli varlıq və mənəviyyat xəzinəsidir

image-lady-day-az

Artıq iki ildir xalqımız birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını fərqli ovqatda, xoş əhval-ruhiyyə ilə qeyd edir. 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cıdır düzündə Novruz tonqalını alovlandırmaları qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqi oldu. Ölkə Prezidenti Cıdır düzündən müraciətində bu torpaqlarda əbədi yaşayacağımızı böyük əminliklə qeyd etməklə işğalçı dövlətə və ona havadarlıq edənlərə mesajlarını çatdırdı. Xalqımız bu anı səbirsizliklə gözləyirdi. Cıdır düzündən alovlanan tonqallar xalqımıza 30 illik torpaq həsrətini unutdurub Qələbə sevinci yaşatdı. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının böyük rəmzi və tarixi əhəmiyyəti var. Biz öz tarixi torpaqlarımızdayıq.

Hər bir dövləti, xalqı dünyada tanıdan onun siyasəti ilə yanaşı, milli-mənəvi dəyərləri, adət-ənənələri, mədəniyyəti və elmi potensialıdır. Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri, milli-mənəvi dəyərləri, zəngin tarixi ilə fəxr edib. Tarixi çox qədim olan Novruz bayramının xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd olunması da bu bağlılıqdan qaynaqlanır. Dövlətimizin başçısı İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriklərində də daim bu məqam xüsusi qeyd edilir ki, milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki