image-qanunla-reklam
image-16654917083676062728_1000x669

Nəticələrə hədəflənmiş əməkdaşlıq

image-lady-day-az

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi səmərəli siyasət Qırğızıstan və Azərbaycan arasında münasibətlərin gözəl gələcəyinə, perspektivlərinə dərin inam hissi oyadır. Bütövlükdə, ikitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası tərəflərin qarşılıqlı surətdə faydalı ticarət-iqtisadi əlaqələrinin dərinləşməsində və siyasi münasibətlərin gücləndirilməsində maraqlı olduğunu göstərir. Eyni zamanda qeyd etmək lazımdır ki, ticarət-iqtisadi sahədə kifayət qədər istifadə olunmayan potensial mövcuddur ki, onu da tamlıqla, xüsusilə də iqtisadiyyatın dağ-mədən və elektrotexnika sənayesi kimi sahələrində, kənd təsərrüfatında, istehsal kooperasiyasının inkişafında, birgə müəssisələrin təşkilində və qarşılıqlı ticarət dövriyyəsində malların çeşidlərinin artırılmasına cəlb etmək olar. Onu da vurğulamaq lazımdır ki, Qırğızıstanın iqtisadi potensialının inkişafında turizm əhəmiyyətli rol oynayır.

İkitərəfli münasibətlərin qardaşlıq ruhunda qarşılıqlı faydalı əməkdaşlığın ənənəvi hal almasında hər iki tərəfin qarşılıqlı surətdə cəhd göstərməsi nəzərə çarpır. Ümumilikdə qeyd etmək olar ki, Qırğızıstan-Azərbaycan münasibətləri müsbət inkişaf perspektivlərinə malikdir. Eyni zamanda, indiki dövrün reallıqları daha da dərinləşməsi və genişlənməsi üçün kifayət qədər istifadə olunmamış potensiala malik ikitərəfli əlaqələrin güclənməsinin zəruriliyini diktə edir.Azərbaycanı güclü dövlət edən səbəblərdən biri məhz Azərbaycanın xarici siyasətidir. Gənc dövlətin inkişaf yoluna nəzər yetirsək görərik ki, Azərbaycan artan templə xarici dövlətlər, xarici təşkilatlarla bir sıra əlaqələr qurur. Bu əlaqələrin hər biri məhz Azərbaycan inkişafına yönəlmişdir.

Vətən müharibəsi dövrünə nəzər yetirsək görərik ki, bizə dəstək olan ölkələrlə Azərbaycanın sıx əlaqələri mövcuddur. Bu da bizə müharibə dövründə əlavə siyasi güc qatmış oldu. Bir sıra ölkələrlə etdiyimiz anlaşmalar sayəsində Azərbaycan ən müasir silahlarla təmin olunmuşdu. Bu silahlar isə ermənilərin başına od ələmişdir.

Müharibədən sonrakı dövrə nəzər yetirsək Azərbaycan bir sıra xarici dövlətlərlə qarşılıqlı əlaqələr qurur, müqavilələr imzalayır. Sözsüz ki, bütün bunlar Azərbaycana beynəlxalq arenada tərəfdaşlar qazandırır. Bundan başqa iqtisadiyyatı daha da inkişaf etdirməyə kömək edir.

Qırğızıstan və Azərbaycan hər zaman beynəlxalq arenalarda bir biri ilə tərəfdaşdır. Buna misal olaraq göstərə bilərik ki, Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.

Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi vardır. Qeyd olunan istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac vardır. Azərbaycan və Qırğızıstan arasında əlaqələr hərtərəfli şəkildə inkişaf etməkdədir.

 

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki