image-qanunla-reklam
image-bayraq_meydani_120715

NATO ilə əməkdaşlıq

image-lady-day-az

NATO ilə əməkdaşlıq

Azərbaycan Respublikası ilə NATO arasındakı münasibətlər 1992-ci ilin mart ayından formalaşmağa başlayıb. Azərbaycandan olan nümayəndələr ilk dəfə 1992-ci ilin oktyabr ayında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib. 4 may 1994-cü il tarixindən etibarən Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulub. Azərbaycan Ordusunun inkişafı NATO-nun çoxmillətli müasir ordu quruculuğu təcrübəsini özündə cəmləşdirir. Bu proqram NATO-nun zəruri “əməliyyat qabiliyyətləri” nə nail olması baxımından çox əhəmiyyətli bir mexanizmdir. Azərbaycanın NATO ilə əməkdaşlıq edən digər tərəfdaş dövlətlər arasında lider ölkəyə çevrilməsinə zəmin yaratmışdır. Azərbaycan Ordusunun zabitləri bu gün NATO-nun Mənzil Qərargahında və NATO Müttəfiq Qüvvələrin Avropadakı Baş Komandanlığının Tərəfdaşlıq İdarəsində hərbi nümayəndəlik tərkibində milli vəzifələrdə xidmət edirlər. Azərbaycan Respublikasının təhlükəzizlik məsələləri ilə birgə, NATO-Azərbaycan əməkdaşlığı elm və təhsil kimi başqa sahələrdə də uğurla inkişaf etdirilir.  Təhsil formalarından biri olan distant təhsil proqramı Azərbaycan Ordusunda şəxsi heyətin təhsilə cəlb olunmasına, müasir çağırışlara cavab verməsinə  xidmət edir. Əbədi müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı hər zaman azad, demokratik, hüquqi cəmiyyət quruculuğu yolun tutaraq, bütün dövlətlər və xalqlar ilə sülh, qardaşlıq və əməkdaşlıq münasibətlərinə tərəfdar olduğunu bəyan edir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dünyada mövcud olan müxtəlif inkişaf modelləri sırasında siyasi-hərbi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

Zahidə Soltanova
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki