image-qanunla-reklam
image-1669236716_upload-20220729_gaf_x99_121-pic_32ratio_900x600-900x600-38614

Moldova prezidenti Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq

image-lady-day-az

Noyabrın 24-də Moldova prezidenti Maia Sandu ölkənin enerji resursları ilə təminatı problemlərini müzakirə etmək üçün Ali Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağıracaq.

“Qanunla.az” xəbər verir ki, bu barədə Moldova prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı ölkəmizin enerji resursları ilə təminatı ilə bağlı problemləri müzakirə etmək üçün Ali Təhlükəsizlik Şurasının (QXK) iclasını keçirəcək”, – mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən verilən məlumata görə, iclas noyabrın 24-ü cümə axşamı keçiriləcək.

Bundan əvvəl Sandu Rusiyanı ölkədə elektrik enerjisinin kütləvi şəkildə kəsilməsində ittiham edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki