image-qanunla-reklam
image-7ks9x4plr6_006

Milli birliyin və Vətən uğrunda savaşın rəmzi olan “Dəmir yumruq”

image-lady-day-az

Milli birliyin və Vətən uğrunda savaşın rəmzi olan “Dəmir yumruq”

Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək onun işğal siyasətinə son qoydu. Bu savaş Ali Baş Komandanımız cənab  İlham Əliyevin şərtləri ilə düşmənin kapitulyasiyası ilə başa çatdı. Bununla da Azərbaycan tarixi ədaləti bərpa etdi.

Birlik rəmzi olan “Dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.

Bu zəfərlə ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü.Nəticədə, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz bu Qələbə tariximizin şanlı səhifəsidir. Bu Zəfər Azərbaycan oğullarının qanla yazdıqları qəhrəmanlıq salnaməsidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun. Ailələrinə, sevdiklərinə səbr diləyirəm.

 

Zərdab rayon Allahqulubağı kənd ibtidai məktəbinin müdiri – Eminova Nuranə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki