image-qanunla-reklam
image-elnur

Millət vəkili 4 illik fəaliyyətinin hesabatını yayımladı

image-lady-day-az

Milli Məclisin deputatı Elnur Allahverdiyev 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş seçkilərin 4 illiyi ilə əlaqədar sosial şəbəkələrdəki hesablarından fəaliyyət hesabatını paylaşıb.

Qanunla.Az xəbər verir ki, o bu barədə feysbukda bildirib:

“4 il öncə, 2020-ci ilin 9 fevralında VI çağırış Milli Məclisə seçkilər keçirilib. Bu illər Azərbaycanın modern tarixində olduqca mühüm hadisələrlə yadda qalıb. Bunlardan ən əsası torpaqlarımızın erməni işğalından azad edilməsidir. Vətən müharibəsindəki qələbəmiz həm ölkə daxilində, həm də dövlətimizin beynəlxalq aləmlə münasibətlərində aparıcı trendə çevrilib. Təbii ki, Zəfərimiz Milli Məclisin fəaliyyətinə ciddi təsir göstərən amil, xüsusilə də parlament diplomatiyasını müəyyən edən faktordur.

Ötən 4 il ərzində millət vəkili olaraq həm parlamentdə qanunvericilik prosesində iştirak etdim, həm də icra orqanlarının dəstəyi və köməyi ilə, komandamla birlikdə təmsil etdiyim dairənin sakinlərinin qarşılaşdıqları problemlərin, çətinliklərin həllinə nail olmağa çalışdıq. Bu barədə hər il iki dəfə yayımlanan fəaliyyət hesabatı vasitəsilə seçiciləri məlumatlandırdıq”.

 












  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki