image-qanunla-reklam
image-1668147786_volodimir-zelenskij_rect_5ce4022d34c7f3c30aaddbdc5df4f85d

“Mən Putinlə danışıqlardan imtina etməmişəm”

image-lady-day-az

“Ukrayna Rusiya lideri Vladimir Putinlə danışıqlardan imtina etməyib”. 

“Qanunla.az” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib.

Ukrayna dövlət başçısı Moskvanın Kiyevin şərtləri ilə sülh əldə etmək istəyini görmür.

“Mən qapını bağlamadım. Dedim ki, biz Rusiya ilə danışmağa hazırıq, amma fərqli Rusiya ilə. Həqiqətən sülhə hazır olan. İşğalçı olduğunu etiraf etməyə hazır olan”, – Zelenski deyib.

Eyni zamanda o, ədalətin bərqərar olması üçün Ukraynanın bütün ərazilərinin, o cümlədən 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasında israrlı olduğuna işarə edib.

“Və indiyə qədər mən Rusiya Federasiyasından belə bəyanatlar eşitməmişəm – nə Putindən, nə də başqalarından”, – deyə Ukrayna prezidenti yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki