image-qanunla-reklam
image-cb1ygzyqqhp2e2aptaz6tx2cwa8ekesobsahmtre_1200

Livanda HƏMAS komandiri məhv edildi

image-lady-day-az

İsrail Hərbi Hava Qüvvələri Livana yeni dəqiq zərbə endirib və nəticədə Fələstinin radikal HƏMAS hərəkatının yerli bölmələrindən birinin komandiri məhv edilib.

Qanunla.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, zərbə Livanın Sayda şəhərinin kənarında həyata keçirilib və məqsəd Livanda HƏMAS-ın hərbi qanadının Qərb briqadasına komandanlıq edən Xalid Əhməd Əhmədi məhv etmək olub.

“Müharibə boyu terrorçu İsrailin mülki əhalisinə və SAXAL əsgərlərinə qarşı çoxsaylı terror aktlarında günahkardır. Son zamanlar o, silah qaçaqmalçılığı ilə məşğul olub və İsrail dövlətinə qarşı terror aktları həyata keçirib. Əhmədin terror fəaliyyəti İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradırdı”, – deyə hərbçilər bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki