image-qanunla-reklam
image-1672210988_0dce5a39-87f2-418e-8aba-0895d0faf84b

Kiyevdə tanınmış “qanuni oğrular” SAXLANILDI

image-lady-day-az

Ukrayanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya kriminal aləmindən olan iki “qanuni oğru”nu – “Umka” və “Laşa Svanı” saxlayıblar.

Qanunla.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Şübhəli bilinən “qanuni oğrular” 2020-ci ilin dekabrından 2021-ci ilin martına qədər Ukraynada üç cinayət törədiblər. Hazırda onlar barəsində araşdırma aparılır.

Qeyd edək ki,  “qanuni oğru” “Umka” 2014-cü ildə, “Laşa Svan” isə 1995-ci ildə tac alıb. Onlar öz “titullarını” Rusiya kriminal dünyasının yüksək səviyyəli nümayəndələrindən alıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki